Dekabrın 23-də gündüzdən 24-də səhərədək cənub-qərb küləyinin arabir 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın rayonlarında dekabrın 23-də gündüz şimal və qərb rayonlarından başlayaraq 25-də səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Quba-Qusar, Şərqi Zəngəzur) intensiv olacağı ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 27-32 m/s-dək güclənəcək.
Bu ilin yanvar-aprel aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (248 mln. manat) çox olmaqla 2 mlrd. 608 mln. manat vəsait yönəldilib.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ərazidə idarəetmə mexanizmlərinin müasirləşdirilməsi və sakinlərlə işin effektivliyinin artırılması məqsədilə strateji layihəyə start verib.
Sabah saat 10:00-dan isə Ağcabədi şəhərinin T.İsmayılov, İ.Qayıbov küçələrinin və rayonun 8 kəndinin, Zərdab rayonunun 18 kəndinin, saat 14:00-dan Füzuli rayonunun 8 kəndinin, həmçinin 15 may tarixində saat 11:00-dan Bərdə rayonunun 8 kəndinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.