banner
banner

Krİmİnal

Hikmət Həsənovun köməkçisinə ağır cəza tələb edildi

Hikmət Həsənovun köməkçisinə ağır cəza tələb edildi

"Tərtər işi" üzrə mühakimə edilən sonuncu dəstənin də məhkəmə istintaqı tamamlanıb.

Cia.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən sonuncu iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror təqsirləndirilən beş nəfərin ayrı-ayrılıqda "Tərtər işi" cinayətindən təqsirli bilinmələrini- Fuad Ağayevin 15 il, Cavid Ağadadaşov və Qurban Cümşüdovun 13 il, Fuad Axundovun 11 il, Ramil Əhmədovun isə 10 il azadlıqdan məhrum edilməsini tələb edib.

F.Ağayev, C.Ağadadaşov və Q.Cümşüdov əvvəldən başqa işə görə məhkum edilmişdilər. İttihamçının cəza tələbində müttəhimlərin əvvəlki cəzaları da birləşdirilib.

"Tərtər işi" üzrə yenilənmiş istintaqla həbs edilənlərdən bu günə kimi ən ağır cəza Fuad Ağayevə tələb edilib. Ağayev cinayət baş verən dövrdə sabiq korpus komandiri general-mayor Hikmət Həsənovun hüquq məsələləri üzrə köməkçisi işləyib.

Hakim müdafiəçilərə çıxışa hazırlanmaları üçün vaxt verib.

Qeyd edək ki, "Tərtər işi"nin istintaqı 2021-ci ildə təzələnib. İstintaqı Baş Prokurorluğun İstintaq İdarəsi aparır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Toydan qayıdarkən maşın aşdı - Yaralılar var

Oğuzda avtomobil aşıb. Musavat.com “Qafqazinfo”ya istinadla bildirir ki, hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonu ərazisindən keçən hissəsində baş verib. Belə ki, Böyük Söyüdlü kənd sakini, 1971-ci il təvəllüdlü Yunisov Oybek İsrafiloviç idarə etdiyi “Mitsubishi” markalı avtomobil yol kənarına aşıb.