banner
banner

Dünya

İtaliyadan İsraillə bağlı SƏRT QƏRAR - DAYANDIRILDI

İtaliyadan İsraillə bağlı SƏRT QƏRAR - DAYANDIRILDI
İtaliyanın baş naziri Corciya Meloni İsrail ilə müdafiə sazişinin avtomatik uzadılmasının dayandırıldığını açıqlayıb.

Cia.az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Baş nazirin sözlərinə görə, bu qərar Yaxın Şərqdə gərginliyin artması ilə bağlıdır.

"Mövcud vəziyyəti nəzərə alaraq, hökumət İsrail ilə müdafiə sahəsində əməkdaşlıq sazişinin avtomatik uzadılmasını dayandırmaq qərarına gəlib", - deyə Meloni bildirib.

Qeyd edək ki, müdafiə sahəsində əməkdaşlığın çərçivəsini, o cümlədən hərbi məhsulların mübadiləsini və silahlı qüvvələr üçün texnoloji araşdırmaların aparılmasını müəyyən edən memorandum əvvəllər hər 5 ildən bir uzadılmanı nəzərdə tuturdu və 13 aprel 2016-cı ildə qüvvəyə minib.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.

TƏCİLİ! Rusiya ilə Ukrayna RAZILIĞA GƏLDİ

Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Dmitro Lubinets Rusiyanın işğalı altında olan Xerson vilayətinin Oleşki şəhərində humanitar missiyanın həyata keçiriləcəyini təsdiqləyib.