banner
banner

Sağlamlıq

Hər gün qəbul etdiyiniz bu vitamin böyrəkləri sıradan çıxara bilər

Hər gün qəbul etdiyiniz bu vitamin böyrəkləri sıradan çıxara bilər

Orqanizm üçün həyati əhəmiyyət kəsb edən vitamin D-nin həddindən artıq qəbulu ciddi sağlamlıq problemlərinə yol aça bilər. Elm adamları qida əlavələrinin populyarlaşması ilə dozanın aşılması hallarının kəskin artdığını bildirirlər.

Bədəndə bu vitaminin normadan çox olması qanda kalsiumun səviyyəsinin təhlükəli həddə çatmasına səbəb olur.

Hiperkalsiemi adlanan bu vəziyyət kalsiumun damarlarda və yumşaq toxumalarda toplanması ilə nəticələnir. Bu isə böyrəklərdə daş yaranma riskini artırır və sümük toxumasının fəaliyyətini pozur. Vitamin artıqlığının əsas əlamətləri kimi ürəkbulanma, zəiflik, əzələ və sümük ağrıları, həmçinin həzm problemləri göstərilir. Ağır hallarda isə böyrək çatışmazlığı və daxili qanaxmalar kimi fəsadlar yarana bilər.

Tədqiqatlar göstərir ki, xüsusilə uşaqlar və yaşlılar bu riskə qarşı daha həssasdırlar. ABŞ-də aparılan araşdırmalara əsasən, son illərdə vitamin D dozasının aşılması ilə bağlı müraciətlərin sayı 16 dəfədən çox artıb. Mütəxəssislər qeyd edirlər ki, gündəlik təhlükəsiz doza əksər insanlar üçün 600-800 beynəlxalq vahid (15-20 mkq) təşkil edir. Həkim təyinatı olmadan yuxarı həddin (4000 BV) keçilməsi tövsiyə olunmur.

Ekspertlər vurğulayırlar ki, vitamin D ehtiyacını əsasən günəş işığı və düzgün qidalanma yolu ilə qarşılamaq mümkündür. Qida əlavələrindən istifadə isə mütləq qaydada laborator analizlər əsasında və tibbi nəzarət altında həyata keçirilməlidir.//Demokrat.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.

Həkimdən gecələr telefona baxanlara XƏBƏRDARLIQ

Əgər siz gecənin bir yarısı oyanırsınızsa, saata baxmaq və ya mesajları yoxlamaq, sosial şəbəkələrə nəzər yetirmək üçün telefonunuza əl atmayın. Demək olar ki, hamı bu cür "mini sörfinq"in nəticələrinə əhəmiyyət vermir...