banner
banner

Dünya

Macarın qələbəsi Gürcüstan müxalifətini ruhlandırıb

Macarın qələbəsi Gürcüstan müxalifətini ruhlandırıb

Gürcüstanda "Gürcü arzusu" partiyasının əleyhdarları inanırlar ki, bu partiya tezliklə parlament seçkilərində məğlub olan Macarıstanın "Fides" partiyasının ardınca gedəcək.

Cia.az xarici mediaya istinadla xəbər verir ki, Gürcüstan müxalifətçiləri həmçinin Avropa İttifaqından ölkədəki hakim rejimin sonunu sürətləndirəcək yeni sanksiyalar gözləyirlər.

"Güclü Gürcüstan - Lelo" partiyasının liderlərindən biri olan Qriqol Gegeliya bildirib ki, Budapeştdəki hadisələr hətta avtoritar rejimlərin də seçkilərlə bitə biləcəyini göstərdi.

"Domino effekti kimi, biz tezliklə eyni şeyi Slovakiyada, Çexiyada, Serbiyada və əlbəttə ki, Gürcüstanda görəcəyik... Macar xalqı "Gürcü arzusu"nun Avropadakı yeganə tərəfdaşından əl çəkib və çox tezliklə gürcü xalqı onun peyk rejimindən əl çəkəcək", - Gegeliya qeyd edib.

Birləşmiş Milli Hərəkatdan bildiriblər ki, “Tisa”nın qələbəsi Avropadakı demokratik qüvvələri gücləndirməli və Rusiya tərəfdarlarını zəiflətməlidir.

Xatırladaq ki, ötən bazar günü Macarıstanda keçirilən parlament seçkilərində Peter Macarın rəhbərlik etdiyi “Tisa” müxalifət partiyası 16 ildən bəri ölkəni idarə edən Viktor Orbanın partiyasına qalib gəlib.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyədə həyat İFLİC OLDU

İstanbulda müşahidə olunan güclü fırtına şəhərin bir çox rayonunda gündəlik həyata ciddi təsir göstərib. Güclü külək nəticəsində bəzi binaların dam örtükləri qoparaq ətrafa səpələnib, ağaclar aşıb, nəqliyyatın hərəkətində çətinliklər yaranıb.