Tramp diktator dedi: Starmer və Şoltsdan Zelenskiyə dəstək
Vladimir Zelenski demokratik yolla seçilmiş liderdir.
Cia.az xəbər verir ki, bunu Britaniya Baş naziri Keyr Starmer ABŞ Prezidenti Donald Trampın Vladimir Zelenskini diktator adlandırmasına cavab olaraq deyib.
Starmer həmçinin Zelenskinin Ukraynadakı seçkini təxirə salmaq qərarını yüksək qiymətləndirib.
Almaniya kansleri Olaf Şolts isə Zelenskini diktator adlandıran Trampın sözlərini səhv və təhlükəli hesab edib.
Qeyd edək ki, Tramp Zelenskini diktator adlandıraraq, onu seçkilər keçirməməkdə ittiham edib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.
Birləşmiş Ştatlar İran hakimiyyətinin Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, Tehrana qarşı növbəti hərbi əməliyyat həyata keçirə bilər.