banner
banner

Dünya

Roma Papası vəfat edib

Roma Papası vəfat edib

Roma Papası Fransisk (əsl adı Xorxe Mario Berqolyo) vəfat edib.

Cia.az xəbər verir ki, bu barədə "Reuters" Vatikana istinadən məlumat yayıb.

Roma Papası 88 yaşında vəfat edib.

Qeyd edək ki, 2013-cü ildə Roma Papası seçilən Fransisk Argentinada doğulub. Son aylarda o, pnevmoniya xəstəliyindən əziyyət çəkirdi.

Onun son dəfə ictimaiyyət qarşısına çıxması bir gün əvvəl baş vermişdi, o zaman o, Pasxa müraciəti ilə çıxış etmişdi.

Qeyd edək ki, ənənəvi olaraq papa Vatikan qrotlarında - Müqəddəs Pyotr kilsəsinin altındakı kriptalarda dəfn edilir. Roma Papası Fransisk vəsiyyət edib ki, onu Romanın Eskvilino rayonundakı Santa-Mariya-Maccore bazilikasında dəfn etsinlər. Kilsə dörd əsas papa bazilikasından biridir.

Yeddi papa - 1216-cı ildə III Honoridən 1669-cu ildə IX Klementə qədər - orada dəfn ediliblər. (Report)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.