AAAF Parkdan utancveridi hərəkət: Xocalıdan olan fəhlələrin pullarını ödəmir
Ölkədə bir çox iri layihələrin müəllifi olan “AAAF Park” şirkətinin rəhbərliyi işçiləri işlətsələr də, onların pulunu ödəmirlər.
Cia.az xəbər verir ki, sosial şəbəkələrdə bu barədə məlumat yayılıb.
Məlumatda qeyd edilir ki, halal zəhmətlərinin haqqını ala bilməyənlər Xocalı şəhərinin sakinləridir. Onlar AAAF Parkın həyata keçirdiyi tikinti layihələrindən birində fəhlə olaraq çalışıblar. Əslən Xocalıdan olan, blogger Səfər Cavadov bununla əlaqədar şirkətin rəhbəri Tofiq Heydərova müraciət edib. O bildirib ki, işçilərin maaşları verilməlidir. “Sizin həmkarınız Şərurlu İsvəndiyar iki Qarabağ qazisinə ev hədiyyə edib. Siz isə Xocalı rayonundan məcburi köçkün olan bir neçə şəxsi öz abyektinizdə işlədib, pulunu vermədiniz. Məncə çox ayıb bir durumdur”. O deyib ki, bir ildir işçilər pullarını ala bilmirlər. “Sizin milyonluq layihəniz var, yüzlərlə bina tikirsiz. Bildiyim qədər bütün ziyarətlər də olmusuz, həci adamsız. İslamın qaydalarını bilməmiş deyilsiz. Bilirsiz ki, qul haqqı yemək İslamda ən böyük günahdır”.
Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısının alınması məqsədilə bu il oktyabrın 1-dən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydaları dəyişib.
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri real ifadədə ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz artaraq 12 milyard 26 milyon manat təşkil edib.
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib.
Oktyabrın 20-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın, Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayevanın və Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyevanın üçtərəfli görüşü olub.
“Azərbaycan Mətbuat Şurası Türkiyənin bir sıra media resurslarında və sosial şəbəkə platformalarında ölkəmizə qarşı yayılan qərəzli məlumatları, təhrif olunmuş materialları və ictimai rəyin manipulyasiyasına yönəlmiş kampaniyaları ciddi narahatlıqla izləyir”.
Əmək Məcəlləsinə edilən son dəyişikliklərlə dövlət və kommersiya sirri ilə yanaşı, vergi sirrinin yayılması və ya onun qorunması ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi də əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Dəyişiklik işçinin əmək müqaviləsinə xitam verilməsi üçün əsas yarada bilən halların əhatəsini genişləndirir.
Birləşmiş Millətlər Təşkilatının ("BMT") Əməliyyat Xidmətləri İdarəsinin (UNOPS) rəhbəri və BMT-nin məsələ üzrə məsul rəsmisi Xorxe Moreyra da Silva Yaxın Şərqdə artan gərginlik fonunda dünya ərzaq təhlükəsizliyi ilə bağlı kritik xəbərdarlıqla çıxış edib.
"Mən hadisələri kənardan sakit və həlim baxışlarla izləməyi sevirəm. Çünki bilirəm, zaman ən gözəl cavabı verən, həqiqəti ən səssiz şəkildə üzə çıxaran hakimdir".
Nazirlər Kabineti 8 fevral 2020-ci il tarixli qərarla təsdiq edilmiş "Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası"na dəyişikliklər edib.