banner
banner

Dünya

İstanbulda zəlzələ oldu

İstanbulda zəlzələ oldu

İstanbul sahilində 4,1 bal gücündə zəlzələ olub.

Cia.az xəbər verir ki, bu barədə Qəndilli Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar Mərmərə dənizində baş verib. Yerli vaxtla 07:18-də qeydə alınmış zəlzələnin ocağı 13,6 km dərinlikdə yerləşib.

Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) isə zəlzələ maqnitudasının 3,8 olduğunu açıqlayıb.

Bildirilib ki, seysmoloji hadisənin episentri şəhərin Böyükçəkməcə rayonundan 20 km cənubda yerləşib, ocağı isə 6,84 km dərinlikdə olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib.

Qeyd edək ki, daha əvvəl Egey dənizində 4,9 bal gücündə zəlzələ baş verib.

Axar.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.