banner
banner

Cəmİyyət

“Hacıqabul Quşçuluq Şirkəti” ilə bağlı ilginc iddia: Köhnə yumurtalar yeni tarixlə satılır?

“Hacıqabul Quşçuluq Şirkəti” ilə bağlı ilginc iddia: Köhnə yumurtalar yeni tarixlə satılır?

“Hacıqabul Quşçuluq Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) haqqında sensasion sayılacaq məlumatlar ortaya çıxıb.

Cia.az xəbər verir ki, “Yeni Müsavat” qəzetinin redaksiyasına daxil olan məlumatlarda şirkətin fəaliyyəti haqda ciddi faktlar ortaya qoyulub. Şirkətin fəaliyyətində diqqət çəkən, narahatlıq yaradan məqamlardan biri hərbi hissələrə yarasız, lax yumurtların satılmasıdır.

Əvvəlcə şirkət haqqında məlumat…
“Hacıqabul Quşçuluq Şirkəti” 1976-cı ildə Adışirin Babaşov tərəfindən Hacıqabul rayonunun Ağacanlı kəndində qurulub. Zaqafqaziyanın ən böyük yumurta istehsalçılarından biri olan şirkət illik 150 milyon ədəd yumurta istehsal etmək gücünə malikdir. Şirkətin məhsulu “YumurtaN1” adı altında satışa çıxarılır. “Hacıqabul Quşçuluq Şirkəti” ölkədən xaricə ən çox məhsul ixrac edən şirkətlər sırasında yer alır.

Hazırda şirkətin qanuni təmsilçisi Babaşov Nemət Adışirin oğludur. Şirkətin nizamnamə kapitalı 357 min manatdır.

Yerli internet resurslarında şirkətin payçıları arasında qalmaqalla bağlı kifayət qədər məlumatlar var. Nemət Babaşovun əmisi oğlanları ilə aralarındakı pay mübahisəsi ilə bağlı hüquqi müstəvidə də çəkişmələr olub.

Şirkət barəsində ortaya çıxan sensasion məlumatlar nələrdir?

Qeyd etdiyimiz kimi, şirkət Zaqafqaziyanın ən böyük yumurta istehsalçılarından biridir. Yumurta istehsalı sahəsində isə “Hacıqabul Quşçuluq Şirkəti”ni Azərbaycanın monopolist şirkəti hesab etmək olar. Şirkətin Azərbaycanda rəsmi qurumların tenderlərində qalib olması il bağlı rəsmi məlumatlar da var. “Hacıqabul Quşçuluq Şirkəti” Azərbaycanda hərbi hissələri yumurta ilə təmsil edən əsas şirkətdir.

Redaksiyamıza daxil olan məlumatda qeyd edilir ki, hazırda şirkətin stoklarında 30 milyon ədəd yumurta var ki, istifadəyə yararsızdır. Həmin məhsulların hərbi hissələrə satışının həyata keçirildiyi bildirilir.

Şirkətin stokladığı məhsulların yararsız olmasını sübut edən faktlardan biri də Dubayda üzə çıxıb. Şirkətin Dubaya ixrac etdiyi 18 TIR məhsulun yararsız olduğu müəyyən edilib. Həmin məhsullar Dubayda rəsmi qurumlar tərəfindən məhv edilib. Şirkətin “YumurtaN1” məhsullarının çöllük ərazidə TIR-lardan boşaldılmasını, məhv edilməsini əks etdirən videogörüntülər də redaksiyamıza daxil olan məlumatlar arasındadır.Burada sual yaranır: Azərbaycanda hərbi hissələrə göndərilən məhsulları kim yoxlayır?
Dubaya göndərilən məhsulun keyfiyyəti həmin ölkədə rəsmi qurumlar tərəfindən yoxlanıldığı üçün yararsız olduğu üzə çıxıb. Azərbaycanda əsgərə göndərilən eyni məhsula görə kim cavabdehlik daşıyır? Bu faktın araşdırılmasına kimlər mane olur?

Məlumatlarda diqqət çəkən başqa bir məqam isə şirkətin məhsullarının bazar qiymətindən iki dəfə baha Orduya satılmasıdır. Bununla şirkət həm yararsız məhsulunu satmış olur, həm də daha çox qazanc əldə etmiş olur.

Başqa bir məlumat isə şirkət tərəfindən stoklanan məhsulların satışa çıxarıldığı zaman yeni tarixlə mağazalara paylanılmasıdır.

Qeyd edilən məlumatları sübut edən faktlar əlimizdə olsa da qarşı tərəf olaraq şirkətin mövqeyini də öyrəndik.

Şirkətdən “Yeni Müsavat” qəzetinin sorğusuna cavab olaraq yuxarıda qeyd etdiyimiz məsələlərə münasibət bildirildi.

Şirkətin mövqeyini olduğu kimi təqdim edirik:
“Dərc ediləcək materiallarda məlumatların düzgünlüyünün təmin edilməsi məqsədilə ilk növbədə redaksiyanıza daxil olmuş şikayətin kimdən və hansı mənbədən daxil olduğunu dəqiqləşdirməyinizi xahiş edirik.

18 TIR məhsulun Dubayda məhv edilməsi barədə iddia ilə bağlı qeyd edirik ki, “Hacıqabul Quşçuluq Şirkəti” MMC olaraq indiyədək ümumilikdə 140 000 qutudan artıq məhsul ABŞ, Afrika ölkələri, Birləşmiş Ərəb Əmirliklərinə ixrac olunub. Bütün ixrac əməliyyatları zamanı hər bir sifarişçinin məhsulları yumurta çeşidləmə anbarında nəqliyyat vasitələrinə temperatur qeydiyyatçısı qoyulmaqla, videomüşahidə altında yüklənmə həyata keçirilir. Yumurta məhsulu canlı, saxlanma müddətinə və temperatur dəyişikliyinə görə həssas qida məhsulu olduğundan şirkətimiz tərəfindən bütün müştərilərə çatdırılma zamanı temperatur rejiminin qorunması və prosesin beynəlxalq standartlara uyğun həyata keçirilməsi ilə bağlı şifahi tövsiyələr təqdim olunur. Məhsullar anbardan çıxarıldıqdan sonra çatdırılma prosesinə, nəqliyyat şirkətinin seçilməsinə və marşrut boyu soyuducu sisteminin işlək vəziyyətdə olmasına şirkətimiz cavabdehlik daşımır. Bu kimi məsələlər müştərinin məsuliyyəti hesab olunur və hər bir müştəri ilə bağlanan müqavilələrdə bu şərtlər açıq şəkildə göstərilir.Hərbi hissələrə məhsulların bazar qiymətindən baha satılması barədə iddiaya gəlincə, şirkətimiz müştəri məlumatlarının təhlükəsizliyinə ciddi önəm verir. Müqavilə şərtləri, qiymət siyasəti və kommersiya məlumatları məxfi olduğundan bu məlumatların üçüncü tərəflərlə paylaşılması yolverilməzdir. Qeyd olunan iddiaları əsassız hesab edirik. Kim öz əsgərinə yararsız yumurta satar? Hərbi hissələrə verilən yumurta birinci Müdafiə Nazirliyinin öz laborotoriyaları tərəfindən yoxlanılır. Belə bir halın olması mümkünsüzdür.

Məhsul üzərində qeyd edilən tarixlə bağlı suala cavab olaraq qeyd edək ki, “Hacıqabul Quşçuluq Şirkəti” MMC ölkənin, eləcə də Zaqafqaziya regionunun istehsal həcmi, ixrac potensialı və texnoloji yeniliklərin tətbiqi baxımından aparıcı müəssisələrindəndir. Avtomatlaşdırılmış istehsal prosesi nəticəsində yumurta sexlərindən yumurtalar konveyer xətləri vasitəsilə birbaşa yumurta çeşidləmə mərkəzinə daxil olur. Sifarişlərin ölçü və çəkilərinə görə çeşidlənməsi aparılır, istehsal tarixi üzrə markalanır və müştərilərə çatdırılır. Qeyd etmək istərdik ki, məhsulların üzərində göstərilən tarix istehsal tarixidir. Şirkətimiz məhsulları saxlama müddəti ərzində keyfiyyətini qoruyacaq temperatur rejimində saxlayır və yalnız standartlara uyğun olduğu halda satışa təqdim edir”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Ay qızım, kömək elə…” – Bakıda eskalator zülmü - Reportaj/Foto

"Ay qızım, kömək elə bu pilləkənləri çıxım..." Bu sözlərlə "Yeni Klinika"nın qarşısındakı yeraltı piyada keçidində rastlaşdığımız yaşlı qadın bizə səslənir. Əlində tibbi sənədlər, ayaqlarında isə hər addımda hiss olunan ağrı... O, klinikaya getmək üçün pillələri qalxmağa çalışır, lakin gücü çatmır. Əməkdaşımız qadına kömək etdikdən sonra o, illərdir həllini tapmayan problemə etirazını gizlədə bilmir.

Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?

Sosial şəbəkələrdə 198 nömrəli körpələr evi-uşaq bağçasında uşaqların qidalanması üçün ayrılmış ərzaq məhsullarının müəssisədən çıxarılaraq mənimsənilməsi ilə bağlı iddialar yayılıb.

Bakıda gecə saatlarında baş vermiş bu hadisəyə görə qurumlar hərəkətə keçdi - FOTOLAR

Aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.

Bu ərazilərdən ev ALMAYIN - 1 mənzil 3-4 nəfərə SATILIRMIŞ

Bəzən daşınmaz əmlak, xüsusən həyət evi və mənzil alan vətəndaşlar sonradan bir sıra problemlərlə qarşılaşırlar. Ya evin altından kanalizasiya kollektoru keçir, ya mənzilin daxilində problemlər yaranır, ya da ki, keyfiyyətsiz materiallar zamanla qopub tökülür. Hətta 1 mənzilin 3-4 nəfərə satıldığı hallar da yaşanır.

Sabiq icra başçısı lüks sauna tikdirdi - Fəhlələrin pulunu vermədi

Quba rayonunun keçmiş icra başçısı Rauf Həbibovla bağlı bir qrup usta və fəhlə redaksiyamıza müraciət edib. Şikayətçilər bildirirlər ki, keçmiş icra başçısı Mərdəkan qəsəbəsində həyat yoldaşı üçün 2023-cü ildə inşa etdirdiyi lüks saunaya görə onların haqqı olan 53 min manatı ödəməkdən boyun qaçırıb.