Litvada karatenin şinkyokşin növü üzrə keçirilən Avropa çempionatı başa çatıb.
CİA.Az-ın apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan millisi 18-22 yaşlı idmançılar arasında təşkil olunan qitə birinciliyində 1 qızıl və 1 gümüş medal qazanıb.
Belə ki, yarışda 65 kq çəki dərəcəsində Azərbaycan finalı gerçəkləşib. Burada Emin İsmayılov komanda yoldaşı Eltac Hümbətovdan güclü olub. Sonuncu gümüş medal qazansa da, həlledici mərhələyə gedən yolda erməni karateçini məğlub etməklə, Avropa çempionatında özünü sübut edib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.