İsrailin Qəzza şəhəri və ətrafına endirdiyi zərbələr nəticəsində son 24 saatda ölənlərin sayı 60-ı keçib. Bu barədə “Al Mayadeen” telekanalı Fələstin anklavının Səhiyyə Nazirliyindəki mənbələrinə istinadla məlumat yayıb. Nazirliyin məlumatına görə, yaralananların sayı 200 nəfərə çatıb. 2023-cü ilin oktyabrından Qəzza zolağında ölənlərin sayı 65 min 208 nəfərə çatıb, yaralananların sayı isə 166 min nəfəri keçib. Zolağın daha 442 sakini, o cümlədən 147 uşaq aclıqdan ölüb. “Maan” agentliyinin məlumatına görə, son 48 saat ərzində 270 mindən çox sakin Qəzzanı tərk edərək, humanitar zonanın yaradıldığı əl-Məvasi, həmçinin anklavın cənub hissəsindəki Rəfah və Xan Yunis bölgəsinə gedib. Agentliyin məlumatına görə, mühasirədə olan şəhərdə azı 900 min nəfər qalıb. \Yeniavaz.com
İstanbulda müşahidə olunan güclü fırtına şəhərin bir çox rayonunda gündəlik həyata ciddi təsir göstərib. Güclü külək nəticəsində bəzi binaların dam örtükləri qoparaq ətrafa səpələnib, ağaclar aşıb, nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
ABŞ prezidenti Donald Tramp iyulun 16-da xalqa ünvanlayacağı növbəti müraciətində ABŞ ilə İran arasındakı hərbi münaqişə mövzusuna toxunmaq niyyətindədir.