Cia.az xəbər verir ki, Portuqaliya da Fələstini dövlət kimi tanıyıb. Yerli televiziya kanalları Portuqaliyanın xarici işlər naziri Paulu Rancelin bəyanatına istinadla bu barədə məlumat veriblər. Lissabon Fələstin-İsrail münaqişəsinin ikidövlətli həllinin tərəfdarıdır. Portuqaliya ilə yanaşı, Andorra, Belçika, Lyuksemburq, Malta və San-Marino dövlətləri də fələstinin tanınması bəyanatları ilə çıxış edəcəklər.
İstanbulda müşahidə olunan güclü fırtına şəhərin bir çox rayonunda gündəlik həyata ciddi təsir göstərib. Güclü külək nəticəsində bəzi binaların dam örtükləri qoparaq ətrafa səpələnib, ağaclar aşıb, nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
ABŞ prezidenti Donald Tramp iyulun 16-da xalqa ünvanlayacağı növbəti müraciətində ABŞ ilə İran arasındakı hərbi münaqişə mövzusuna toxunmaq niyyətindədir.