banner
banner

Ermənistan yatır, görəsən?

Ermənistan yatır, görəsən?
Yazar: Raminə Eyvazqızı

Raminə Eyvazqızı


Bir gün əvvəl erməni xəbər saytlarının birində təbrik məktubu oxudum. Deməli, özünü müstəqil hesab edən qondarma Dağlıq Qarabağ Respublikasının “əldəqayırma” prezidenti Bako Saakyan namə yazdırıb. Oğurladığı torpağımızda oturub, öz aləmində həmkarı olan Serj Sarkisyanı Ermənistanın müstəqillk günü münasibətiylə təbrik edib.

Təbrik məktubu elə sözlərlə bəzədilib, şişirdilib ki, ciddi mənada Bakonun başında problem olduğu nəzərdən qaçmır. Deyəcəksiz ki, uzaqdan düşməni təhqir etməyə nə var ki? Day, neyləyək. Özünü böyük, vacib adam hiss edən Bako Serj qardaşını qonşuluq münasibətlərinin gücləndirilməsinə dəvət edir, güya bunlar ayrı-ayrı dövlətdilər. Bu gədə əslində özü də bilmədən qeyd edir ki, Qarabağın Ermənistana aidiyyatı yoxdur. Hətta Serji diaspor təşkilatlarını gücləndirməyə çağırır. Bunlar təzədən bir-birini dəstəkləməyə kökləniblər, çünki qorxurlar, yuxuları yavaş-yavaş qaçır. Havalanırlar. Hansısa bir gündə bizim torpaqlarımızdan qaçmaqla bağlı qarabasmaları başlayıb. Bizim üçün xeyirli olsun!

Bəlkə də Bakonun bu ürək-dirək verən məktubu əbəs yerə yazılmayıb. Axı bir neçə gündür, Bakı səmalarında qardaşlıq nümayiş etdirən Türkiyənin aviasiya qüvvələri süzür. Bizimkilərlə birgə baş tutan təlimlərin Ermənistanın müstəqillik gününə təsadüf etməsi də maraqlıdır. Ermənistan artıq əsməcəsinə başlayıb. Neçə gündür, saytlarında məlum hərbi hava təlimləri ilə bağlı xəbər də yerləşdirmirlər. Bu yerdə onların taktikası bizi kölgədə qoyur. Biz lazım oldu-olmadı, bizə xeyirli-zaiyanlı hər xəbəri yaymaqla fərəhlənirik. Əvəzində düşmən mediası özlərini için-için yesələr də, təşvişə düşsələr də əhval-ruhiyyələrini pozmamaq üçün belə məlumatları yaymırlar. Amma izləyirlər, maraqlanırlar. Bəlkə bəddualarını da edirlər. Biz isə fərəhlənə bilərik. Şərikli hava təlimlərində iştirak edən pilotların qolundakı Azərbaycan və Türkiyə bayraqlarının sintez edilmiş təsvirindən qürurlanmağa haqqımız da var. Hər havada fırlanan hərbi, qırıcı, hücumçu təyyarələrin səsi gələndə ürəyimizin döyüntüsü bir az da artır. Ermənistan isə yata bilmir. Hələ oktyabrın 3-dək yuxusu çəkiləcək. Hərbi-hava təlimlərini əks etdirən fotoları, videoları daha çox gördükcə içinə qurd düşəcək. Əvvəl için-için məğlub olacaq, sonra isə həqiqətdə. Artıq buna daha çox inanıram. İnşallah, deyin!



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakıda duz ehtiyatı toplanır

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraq paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.

Azərbaycanın bir qrup alimi təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Cia.az xəbər verir ki, Sərəncamla Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər: