Rusiya ordusunun Ukraynanın şimalına qarşı hücumları intensivləşir. Oktyabrın 21-də Çerniqov vilayətinin Novqorod-Seversk şəhəri kütləvi dron hücumuna məruz qalıb.
Cia.az xəbər verir ki, bu barədə məlumatı Novqorod-Seversk Rayon Hərbi Administrasiyasının rəhbəri Aleksandr Seliverstov özünün “Facebook” səhifəsində paylaşıb.
İlkin məlumatlara görə, şəhərə təxminən 20 ədəd İran istehsalı “Şahed” kamikadze dronu ilə zərbə endirilib. Dörd nəfər həlak olub – iki kişi və iki qadın. Onların hamısının mülki şəxs olduğu bildirilir. Hücum nəticəsində yeddi nəfər də xəsarət alıb.
Ukrayna rəsmilərinin məlumatına görə, son sutkada Çerniqov vilayəti 50-dən çox hava hücumuna məruz qalıb. Bunlara iki ballistik raket və 49 “Şahed” dronu daxildir.
Gecə baş verən hücumlar Çerniqov şəhərində və vilayətin şimal hissəsində genişmiqyaslı enerji kəsintilərinə səbəb olub. Elektrik enerjisi ilə yanaşı, su təchizatı da dayanıb. Rəsmilər bərpa işlərinin davam etdiyini bildirirlər.
Cia.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Birləşmiş Ştatlara çağırışla müraciət edib. Kobaxidze Vaşinqtonun baş verənlərə marağının olmadığını nümayiş etdirmək üçün ABŞ Dövlət Departamentini oktabrın 4-də ölkədə baş vermiş dövlət çevrilişi cəhdini rəsmən pisləməyə çağırıb.
Xəbər verdiyimiz kimi, İsraillə 12 günlük müharibədən sonra infrastrukturu ciddi şəkildə zədələnən İran raket qurğularını sürətlə təmir etməyə başlayıb. Ekspertlərin fikrincə, Tehran çatışmayan avadanlıqları Çindən almaqla yüksək istehsal gücünü bərpa edə bilər.
ABŞ Prezidenti Donald Tramp bu ölkədə daimi yaşamaq hüququ əldə etmək istəyənlər üçün “Qızıl kart” proqramının yaradılması haqqında sərəncam imzalayıb.
Cia.az xəbər verir ki, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili müxalifəti və xaricdən dəstəklənən qeyri-hökumət təşkilatlarını qarşıdakı seçkilər dövründə ölkədəki sabitliyi pozmağa çalışmaqda ittiham edib. Papuaşvili jurnalistlərlə görüşündə.deyib: "Bəzi QHT və partiyalar xaricdən edilən diqtə ilə bu təhlükəli yola qədəm qoyublar. Bu yol birbaşa "maydan"a, qan tökülməsinə və iğtişaşlara aparır".