banner
banner

Gündəm

"Azəriqaz"dan "AFEN Plaza"dakı partlayışla bağlı açıqlama

"Azəriqaz"dan "AFEN Plaza"dakı partlayışla bağlı açıqlama

Bakıda binada baş verən partlayışın səbəbləri ilə bağlı dəqiq cavab istintaqın yekununda bəlli olacaq.

Cia.az xəbər verir ki, bunu "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib.

O bildirilib ki, İB-nin əməkdaşları hadisə yerindədirlər:

"Əməkdaşlar "Azəriqaz" məxsus boru xətlərinin təftişi ilə məşğuldurlar. Əraziyə qazın verilişi təmin olunmayıb. Ətrafda gedən boru xətlərində nasazlıq yaranması kimi iddialar səsləndirilir. Düşünürəm ki, bu kimi iddiaların səsləndirilməsi hələ tezdir. Hüquq-mühafizə orqanları araşdırma aparır və dəqiq cavab istintaqın yekununda bəlli olacaq".

Xatırladaq ki, noyabrın 24-də Bakının Nərimanov rayonu ərazisində yerləşən "AFEN Plaza"da partlayış baş verib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Nazirdən mühüm açıqlama: 48 faiz artım olacaq

“Gələn il dövlət büdcəsi xərclərinin 41 faizi, cari xərclərin isə 68 faizi və yaxud 17,1 milyard manat sosialyönlü xərclərə yönəldiləcək. Bu, 2024-cü ilin icra göstəricisi ilə müqayisədə 2,5 milyard manat və ya 17 faiz çoxdur. Beləliklə, 2026-cı ildə də sosialyönlü xərclər əsas prioritetlər sırasında olacaq”.

“Uşaq Hüquqları Aylığı” çərçivəsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Yetkinlik Yaşına Çatmayanlar üçün Penitensiar Müəssisəsində tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə elan edilmiş “Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvlərinin iştirakı ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Yetkinlik Yaşına Çatmayanlar üçün Penitensiar Müəssisəsində tədbir keçirilib.

DİN çağırış edir: bank kartlarınızı qoruyun

Bank kartlarına müdaxilə hallarının artdığı bir dövrdə hər bir vətəndaş daha ehtiyatlı olmalıdır. Bununla bağlı DİN-in Mətbuat Xidməti növbəti dəfə çağırış edir, vətəndaşların sadə təhlükəsizlik qaydalarına əməl etməyə diqqəti yönəldir.