banner
banner

Cəmİyyət

Bakıda yeni yol tikintisi niyə dayandı? - Maaş qalmaqalı iddiasına RƏSMİ CAVAB

Bakıda yeni yol tikintisi niyə dayandı? - Maaş qalmaqalı iddiasına RƏSMİ CAVAB

"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na əsasən, paytaxtda yol-nəqliyyat şəbəkəsinin yenilənməsi məqsədilə ümumilikdə 24 yol infrastrukturu layihəsinin icrası nəzərdə tutulub.

Həmin layihələrdən biri də Xaqani Rüstəmov küçəsi ilə Ağa Nemətulla küçəsini birləşdirən yeni yolun tikintisidir. Layihənin icrası "Avtomobil Yolları Dövlət Agentliyi" tərəfindən həyata keçirilir. Artıq bir neçə aydır tikinti işlərinə start verilib və bir sıra ərazilərdə aktiv fəaliyyət müşahidə olunub. Lakin iddialara əsasən, layihənin Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsindən keçən hissəsində bir neçə gündür ki, işlər dayanıb. İddia olunur ki, fasilənin əsas səbəbi tikintidə çalışan işçilərin əməkhaqqısının ödənilməməsidir.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli Demokrat.az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin video həqiqəti əks etdirmir:

"Layihə təkcə "Şəki dairəsi"ndən ibarət deyil, ümumi uzunluğu təxminən 4 km-dir. Zəfər Nərimanov küçəsindən başlayır, Həsən Əliyev küçəsində yekunlaşır. İşin müəyyən nöqtədə dayanması layihənin yekunlaşması demək deyil. Bu layihələr dövlət proqramına uyğun olaraq icra olunur və ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur. Müəyyən yerlərdə işin müvəqqəti dayanmasının səbəbləri müxtəlif ola bilər. Buna hava şəraiti, işçilərin istirahəti, texniki işlər və s. aiddir. Bu, layihənin dayandığı anlamına gəlmir. Maaşların verilməməsi ilə bağlı iddialar isə absurddur".

Qeyd edək ki, bu yolun istifadəyə verilməsi Bakının ən sıx nöqtələrindən olan Nərimanov və Xətai rayonları arasındakı məsafəni xeyli qısaldacaq. Gündəlik işə və ya evə gedən sürücülər artıq mərkəzi yollardakı uzun tıxaclarda vaxt itirməyəcək, həmçinin yanacaq sərfinə qənaət edəcəklər. Bir sözlə, bu layihə paytaxt sakinlərinin hərəkət rahatlığını birbaşa təmin edəcək infrastruktur həlqəsidir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ərazilərdən ev ALMAYIN - 1 mənzil 3-4 nəfərə SATILIRMIŞ

Bəzən daşınmaz əmlak, xüsusən həyət evi və mənzil alan vətəndaşlar sonradan bir sıra problemlərlə qarşılaşırlar. Ya evin altından kanalizasiya kollektoru keçir, ya mənzilin daxilində problemlər yaranır, ya da ki, keyfiyyətsiz materiallar zamanla qopub tökülür. Hətta 1 mənzilin 3-4 nəfərə satıldığı hallar da yaşanır.

Sabiq icra başçısı lüks sauna tikdirdi - Fəhlələrin pulunu vermədi

Quba rayonunun keçmiş icra başçısı Rauf Həbibovla bağlı bir qrup usta və fəhlə redaksiyamıza müraciət edib. Şikayətçilər bildirirlər ki, keçmiş icra başçısı Mərdəkan qəsəbəsində həyat yoldaşı üçün 2023-cü ildə inşa etdirdiyi lüks saunaya görə onların haqqı olan 53 min manatı ödəməkdən boyun qaçırıb.

Vüqar Gülməmmədovun qardaşı necə məmur oldu - SENSASİON TƏFƏRRÜATLAR

Dünyada dövlət vəsaitlərinin xərclənməsi üzərində ali maliyyə nəzarətini həyata keçirən qurumlar məmur aparatının ən çox çəkindiyi subyektlər olur: büdcədən alınan hər qəpiyə görə həmin quruma izahat vermək ehtimalı böyükdür. Çünki belə qurumlar vətəndaşların, biznesin ödədiyi vergilərdən formalaşan dövlət büdcəsi vəsaitlərinin mənimsənilməsinin qarşısını alan əsas orqanlardan biri olur, vaxtaşırı büdcədən çox pul alan təşkilatları yoxlayır, layihələri araşdırır. Və belə qurumlara adətən böyük səlahiyyətlər verilir ki, heç kimdən qorxmadan büdcə vəsaitlərinin oğurlanmasının qarşısını alsınlar.

Bakıda piyada səkilərinin qanunsuz zəbtinin qarşısı alındı - Fotolar

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, Bakıda piyada yönümlü şəhər mühitinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu çərçivədə piyadaların təhlükəsiz və rahat hərəkətinin təmin edilməsi, ictimai məkanların daha əlçatan olması əsas prioritetlərdən biri kimi müəyyən olunub.