banner
banner

Gündəm

Rəsulzadənin Bakıdakı evinə xatirə lövhəsi vurulacaq

Rəsulzadənin Bakıdakı evinə xatirə lövhəsi vurulacaq

Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920) banilərindən və siyasi mühacirət liderlərindən olan Məhəmməd Əmin Rəsulzadənin Bakıdakı evinin divarına xatirə lövhəsi vurulması planlaşdırılır.

Cia.az-in məlumatına görə, layihəni Rəsulzadə Ev-muzeyi İctimai Qrupunun həmtəsisçisi Vahid Mustafayev hazırlayır.

Tarixçi-alim Solmaz Rüstəmova-Tohidi isə bildirib ki, lövhə hələ layihə mərhələsindədir:
"Rəsmi icazə alındıqdan sonra üzərində işləmək və dəyişikliklər etmək mümkündür. Əsas məqsəd cəmiyyətdən gələn dəstəkdir," – deyə o vurğulayıb.

Xatırladaq ki, bu gün Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 142 ili tamam olur. Rəsulzadəyə məxsus Bakıdakı mülk – dörd otaqlı mənzil Nizami küçəsi 59 ünvanında, Mərkəzi Univermağın yanında yerləşir.

Xalidə Gəray
Musavat.com

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Baş nazir tikintiyə icazə ilə bağlı Qərar imzaladı

Əmək Məcəlləsinə dəyişiklik edilməsi ilə xeyli yanlış fikirlər tirajlanir. Sahəsinin peşəkarı olmayan şəxslər tərəfindən Əmək Məcəlləsindəki dəyişikliklərlə bağlı izahlar, şərhlər təqdim olunur və ən pisi də insanlar tərəfindən doğru qəbul edilib təşəkkür edilir. Bu sözləri İnsan resursları üzrə mütəxəssis, Əmək qanunvericiliyi sahəsində 10 kitab müəllifi Nüsrət Xəlilov deyib. O, mediada yayımlanan doğru bilinən yanlışlardan bəzilərini təqdim edib.

AZAL-dan sərnişinlərə MÜRACİƏT

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Gürcüstana səfər etməyi planlaşdıran sərnişinləri ölkəyə giriş zamanı qüvvədə olan tələblər haqqında yenidən xatırlatma edir.