banner
banner

Sİyasət

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM AÇIQLAMA

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM AÇIQLAMA
ABŞ-ın İrana mümkün zərbəsi ilə bağlı qeyri-müəyyənlik Azərbaycanda narahatlıq yaradır, lakin Bakı bu məsələni Vaşinqtonla müzakirə etməyib.

Cia.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “The National” nəşrinə müsahibəsində bildirib.

“Vəziyyət proqnozlaşdırılmazdır və bununla əlaqədar yarana biləcək bütün təhdid və çağırışları düzgün qiymətləndirmək çətin olacaq”, - o deyib.

Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycan bu narahatlıqlarını Vaşinqtona çatdırmayıb: “Biz bu məsələni ABŞ-la müzakirə etmirik və onlar da bu mövzuda bizimlə heç vaxt əlaqə saxlamayıblar”.

Prezidentin köməkçisinin sözlərinə görə, son günlərdə Azərbaycan rəsmiləri iranlı həmkarları ilə danışıqlar aparıblar.

Hikmət Hacıyev vurğulayıb ki, "İrandakı təhlükəsizlik vəziyyəti Azərbaycan tərəfinin dərhal müdaxiləsinə ehtiyac yaratmır, çünki rəsmi Bakı həmişə digər ölkələrin daxili işlərinə qarışmaqdan kənardır".

Prezidentin köməkçisi əlavə edib ki, Cənubi Qafqazın enerji mənbələri ilə zəngin dövləti olan Azərbaycan özünü İran və Rusiya arasında "iki dünya müharibəsi arasında” sıxılmış kimi hiss edir:

"Bir tərəfdə Rusiya-Ukrayna müharibəsi davam edir, eyni zamanda, İsrail və İran arasındakı qarşıdurma və ABŞ-ın həmin qarşıdurmada iştirakı da var".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Prezident fərman imzaladı

Azərbaycanın daşınmaz mədəni irs nümunələrini əks etdirən gümüş xatirə sikkələr buraxılacaq.

Prezident bu sazişi TƏSDİQLƏDİ

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Gürcüstanın Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.

Prezidentdən ÖNƏMLİ SƏRƏNCAM

Prezident İlham Əliyev "Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncam imzalayıb.

Prezident İlham Əliyev MÜHÜM FƏRMAN imzaladı

Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə”nin təsdiqi və “Elektron Rəqabət İnformasiya Sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 9 iyul tarixli 133 nömrəli Fərmanında dəyişiklik edilib.

4 qanunda dəyişiklik edildi

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan qanunlarında dəyişiklik edilib.