banner
banner

İdman

Azərbaycan boksçusu erməniyə rəqib oldu

Azərbaycan boksçusu erməniyə rəqib oldu

Ukraynanın Lvov şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyi davam edir.
Dörd boksçumuz yarımfinala yüksəlməklə qitə birinciliyinin medallarını özlərinə təmin edib.
54 kq çəki dərəcəsində mübarizə aparan Orxan Həsənov Almaniya idmançısı Noah Fişerlə dueldən qalib ayrılıb - 3:0. Yarımfinala vəsiqə qazanan həmyerlimiz ən azı Avropa birinciliyinin bürünc medalını özünə təmin edib. Həsənov yarımfinalda ukraynalı İvan Kozyarla qarşılaşacaq. 

Bəxtiyar Qazıbəyov da (60 kq) adını yarımfinala yazdırıb. Milli komandamızın üzvü 1/4 finalda latviyalı Edqars Korzenevskisdən üstün olub - 2:1. Boksçumuz yarımfinalda Ermənistan nümayəndəsi Koryan Astyanla üz-üzə gələcək.

Cavid Hüseynov da (48 kq) komandamıza qələbə qazandırıb. Boksçumuz bolqarıstanlı Vensan Kirkorovu mübarizədən kənarlaşdırıb - 3:0. Hüseynov yarımfinalda irlandiyalı Lorkan Hurlekslə görüşəcək. 

52 kq çəki dərəcəsində çıxış edən Niyaməddin Allahverdiyev də yarımfinala yüksəlib. Yığmamızın üzvü Ukrayna təmsilçisi Taras Bondarçuk üzərində qələbə qazanıb - 3:0. Allahverdiyev yarımfinalda şotlandiyalı Deklin Daffi ilə qarşılaşacaq. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.