Bir neçə gün öncə “Referans Medical Group”un hava ambulansı ilə Türkiyəyə aparılan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin müalicəsi İstanbul Memorial Xəstəxanasında davam etdirilir.
Cia.az bildirir ki, bu barədə Pravda.az-a Əməkdar incəsənət xadimi Baba Vəziroğlu məlumat verib.
O deyib ki, həkimlər Rasim Balayevlə bağlı müsbət rəy veriblər:
“Deyirlər ki, hər şey yaxşı olacaq, müalicə effektini göstərəcək. Özü telefon istifadə etmir, həkim icazə vermir. Oğlu Ülvi ilə hər gün danışıram. Bu günlərdə müalicəsini bitirib Bakıya qayıdacaq. Şükür, yaxşıdır. Artıq yeməyini yeyir. Çünki bir müddət yemək yemək, dərman qəbul etmək istəmirdi. İndi yeməyini də yeyir, dərmanlarını da qəbul edir. Həkim deyir ki, elə buna görə də Rasim Balayev tezliklə sağalacaq”.
Uzun müddətdir ekranlardan uzaq qalan Necati Şaşmazın “Yeraltı” serialının aktyor heyətinə qoşulacağı və layihəyə müsbət yanaşdığı iddia edilirdi. Hətta tərəflərin razılığa gəldiyi də deyilirdi.
"Bir neçə televiziya kanalının verilişləri, mütəmadi olaraq, istedadı, səsi olmayan müğənniləri dəvət edirlər. Veriliş boyu özləri səviyyədə başqa müğənnilərin qeybətini edirlər, o verilişlərin aparıcıları da onları qızışdırır, ki, daha çox qalmaqal yaransın".