banner
banner

Dünya

Xameneinin oğlu Ali Lider seçildi

Xameneinin oğlu Ali Lider seçildi

İranın mərhum Ali Lideri Seyid Əli Xameneinin oğlu Müctəba Xamenei onun varisi seçilib.

Cia.az  “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ayətullah Hüseynəli Eşkevari məlumat verib.

Eşkevari bildirib ki, Xameneinin adı davam edəcək.

“Səsvermə başa çatıb və tezliklə elan ediləcək”, - deyə o əlavə edib.

Ekspertlər Şurasının katibi Hüseyni Buşehri də məlumatı təsdiq edib.

Qeyd edək ki, İran Ekspertlər Məclisi Ali Rəhbərin varisi ilə bağlı razılığa gəlindiyini açıqlamışdı. Ancaq onun kimliyi barədə məlumat verilməmişdi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyədə həyat İFLİC OLDU

İstanbulda müşahidə olunan güclü fırtına şəhərin bir çox rayonunda gündəlik həyata ciddi təsir göstərib. Güclü külək nəticəsində bəzi binaların dam örtükləri qoparaq ətrafa səpələnib, ağaclar aşıb, nəqliyyatın hərəkətində çətinliklər yaranıb.