İranın şimal-qərbində yerləşən Urmiya şəhərinə reallaşdırılan gecə bombardmanı nəticəsində bir neçə nəfər ölüb və yaralanıb.
Cia.az xəbər verir ki, məlumatı Tasnim Xəbər Agentliyi yayıb. Agentlik bildirir ki, Urmiyanın yaşayış məntəqələri hava hücumunun hədəfi olub.
Məlumatda yeniyetmələr də daxil olmaqla bir neçə nəfər öldüyü, bir neçə mülki şəxsin yaralandığı qeyd olunur. Xilasedicilər bombardmandan dağıntıları təmizləməyə davam edirlər.
İstanbulda müşahidə olunan güclü fırtına şəhərin bir çox rayonunda gündəlik həyata ciddi təsir göstərib. Güclü külək nəticəsində bəzi binaların dam örtükləri qoparaq ətrafa səpələnib, ağaclar aşıb, nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
ABŞ prezidenti Donald Tramp iyulun 16-da xalqa ünvanlayacağı növbəti müraciətində ABŞ ilə İran arasındakı hərbi münaqişə mövzusuna toxunmaq niyyətindədir.