banner
banner

Sİyasət

Putin İlham Əliyevə təşəkkür etdi

Putin İlham Əliyevə təşəkkür etdi

Rusiya Prezidenti Vladimir Putin Bakıdakı Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına göstərilən diqqət və dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Cia.az xəbər verir ki, Rusiya lideri bu barədə Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının binasının açılış mərasiminə videobağlantı vasitəsilə qatılarkən bildirib.

Vladimir Putin vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasındakı münasibətlər ortaq tarixi keçmişin və mədəni irsin möhkəm təməli üzərində uğurla inkişaf edir. Bakıda 100 ildən artıqdır fəaliyyət göstərən Rus Dram Teatrının fəaliyyətini yüksək qiymətləndirən Putin hər iki ölkədəki bu teatr səhnələrinin xalqlar arasında mühüm mədəniyyət körpüsü rolunu oynadığını qeyd edib.

Xatırladaq ki, Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının binası əsaslı yenidənqurmadan sonra bu gün istifadəyə verilib və mərasimdə hər iki ölkənin rəsmi nümayəndələri iştirak ediblər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycanda yeni agentlik yaradıldı - Fərman

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə edilib.

İlham Əliyev Fərman İMZALADI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 373-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

Prezident sərəncam imzaladı

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Mixail Yuryeviç Zabelin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bu, böyük xoşbəxtlikdir - İlham Əliyev

Prezident İlham Əliyev birinci dəfə 2021-ci ildə, ondan sonra da bütün illər boyu Novruz ərəfəsində Qarabağda olduğunu bildirib və bunu böyük xoşbəxtlik adlandırıb.

İlham Əliyev və xanımı Xocavənddədir

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.