banner
banner

Maraqlı

Dünyanın 7 möcüzəsindən biri - Bəşəriyyətin ən büyük xəzinəsi tapıldı

Dünyanın 7 möcüzəsindən biri - Bəşəriyyətin ən büyük xəzinəsi tapıldı

Misirin şərq limanında həyata keçirilən beynəlxalq PHAROS layihəsi çərçivəsində, əsrlərdir su altında qalan əfsanəvi tikiliyə dair ən genişmiqyaslı tapıntılar əldə edilib.

Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin (CNRS) arxeoloqu Isabelle Hairy liderliyindəki qrup, dəniz tabanından çəkisi 70-80 ton arasında dəyişən qapı dirəkləri, eşiklər və səki daşlarını xilas edib. Bu hissələrin mayakın Misir və Yunan memarlıq texnikalarının sintezi ilə inşa edilmiş möhtəşəm girişinə aid olduğu müəyyən edilib.

Eramızdan əvvəl III əsrdə I Ptolemey Soter dövründə inşa edilən və memar Sostratus tərəfindən Pharos adası üzərində layihələndirilən mayak, 100 metrdən çox hündürlüyü ilə əsrlər boyu dünyanın ən hündür tikilisi titulunu qorumuşdu. 1303-cü ildə baş verən zəlzələ nəticəsində dağılan və 1600 ildir itkin hesab olunan bu hissələr indi müasir texnologiya ilə yenidən canlandırılacaq.

Aşkar edilən 100-dən çox memarlıq detalı fotaqrammetriya üsulu ilə rəqəmsal mühitə köçürülür. Ekspertlər bu blokları rəqəmsal bir tapmaca kimi analiz edərək, mayakın orijinal görünüşünü virtual olaraq yenidən inşa etməyi hədəfləyirlər.

İnşası: E.ə. III əsr.

Hündürlüyü: 100 metrdən çox (O dövrün rekordçusu).

Dağılması: Güclü zəlzələlər nəticəsində (Əsasən 1303-cü ildə).

Dağılan daşların bir hissəsi 1477-ci ildə Sultan Kayıtbay tərəfindən inşa edilən qalanın tikintisində istifadə olunmuşdu.

Bu tapıntı qədim dövrün mühəndislik sirlərini anlamaq və antik dünyanın ən parlaq simvollarından birini yenidən bəşəriyyətə qazandırmaq baxımından inqilabi addım hesab olunur.//Milli.Az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Turistlərin tapması üçün bu ərazidə 40 min manatlıq qızıl gizlətdilər

Finlandiyada turistləri bölgəyə cəlb etmək üçün qeyri-adi layihəyə start verilib. Ölkənin şimalındakı Laplandiya bölgəsində yerləşən Levi kurortunun ərazisində dəyəri təxminən 23 min dollar (təxminən 1 milyon 57 min manat) olan qızıl külçə gizlədilib. Onu tapan şəxs qızılın sahibi olacaq.

Pendir əhvalı yaxşılaşdırır

Pendir təkcə qida dəyərinə görə deyil, əhvala müsbət təsiri ilə də faydalı məhsul hesab olunur. Cia.az xəbər verir ki, dietoloqlar pendirin tərkibindəki zülalın orqanizm tərəfindən yaxşı mənimsənildiyini bildiriblər

Evinizdə bu əşyalar varsa, dərhal ATIN - Ailədə davaya səbəb OLUR

Son zamanlar ailənizdə səbəbsiz mübahisələr artır, ruzi-bərəkət kəsilir və özünüzü daim yorğun hiss edirsinizsə, səbəbi çox yaxında - elə evinizin içində ola bilər. Qədim Şərq təlimi olan Fen-şuy mütəxəssisləri xəbərdarlıq edir ki, bəzi əşyalar evə bədbəxtlik və mənfi enerji daşıyır.

7 vərdiş sizi bədbəxt edir

Bəzi vərdişlər var ki, onlar xoşbəxtliyi ən gizli parazitlər kimi sorub aparır. Nəticədə enerji azalır, özünəinam sarsılır. Bu “görünməz parazitlər” illərlə zehnimizdə yaşayaraq həyat keyfiyyətimizi aşağı salır