banner
banner

İqtİsadİyyat

Azərbaycan nefti BAHALAŞDI – Görün neçəyə oldu

Azərbaycan nefti BAHALAŞDI – Görün neçəyə oldu

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,57 ABŞ dolları və ya 6,7 % artaraq 104,58 ABŞ dolları təşkil edib.

Cia.az xəbər verir ki, hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti 100,3 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 6,59 ABŞ dolları və ya 6,87 % artaraq 102,48 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu xidmət bahalaşa bilər — AÇIQLAMA

Milli Məclisdə “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən, mopedlərin texniki baxışdan keçirilməsi, qeydiyyatı, dövlət nömrə nişanlarının verilməsi, eləcə də sürücülük vəsiqəsinin alınması üçün imtahan və sənədləşmə prosesləri üzrə müxtəlif məbləğlərdə rüsumların tətbiqi nəzərdə tutulur. Təkliflər təsdiqlənərsə, moped sahibləri üçün həm ilkin qeydiyyat, həm də sürücülük vəsiqəsi əldə etmə xərcləri artmış olacaq.

Manatla bağlı MÜHÜM MƏLUMAT

Bu il mayın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,9 bənd təşkil edib.