Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiymətində kəskin azalma qeydə alınıb.
Cia.az xəbər verir ki, neftin 1 barelinin qiyməti 4,18 ABŞ dolları və ya 3,92 % azalaraq 102,3 ABŞ dolları təşkil edib. Neft bazarındakı mənbələrin verdiyi məlumata görə, hərracların nəticələrinə əsasən, "Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti də geriləyərək 99,59 ABŞ dolları olub.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti isə 4,15 ABŞ dolları (3,98 %) azalaraq 100,07 ABŞ dollarına enib. Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir və bu müqavilədə SOCAR-ın payı 31,65 % təşkil edir.
ABŞ-la İran arasında Hörmüz boğazının açılmasını nəzərdə tutan razılaşmanın yaxın olması xəbərləri dünya bazarında neft qiymətlərinin kəskin ucuzlaşmasına səbəb olub.
Bankomatdan istifadə zamanı kartın cihaz tərəfindən udulması ən çox rast gəlinən problemlərdən biridir. Mütəxəssislər belə hallarda vətəndaşların panikaya düşməməli olduğunu bildirirlər.
Dünya enerji bazarlarında neft qiymətlərində eniş davam edir. Son ticarət əməliyyatlarının nəticələrinə əsasən, Azərbaycanın ixrac etdiyi “Azeri Light” markalı neftin bir bareli 3 dollardan çox ucuzlaşıb.
Rusiyanın Novqorod və Vladimir vilayətlərinin fermerləri iri ticarət şəbəkələri tərəfindən yerli kartof və tərəvəz alışının kəskin azalmasından şikayət edirlər.
Azərbaycanda kredit bazarında dinamika dəyişir. Son statistik göstəricilər bankların qeyri-işlək kredit portfelinin 763 milyon manata çatdığını göstərir. Bu artım xüsusilə istehlak və biznes sahələrində özünü büruzə verir ki, bu da maliyyə sistemində risklərin artması ehtimalını gündəmə gətirir.