banner
banner

Sosİal

Evdə ən az elektrik işlədən cihazlar açıqlandı

Evdə ən az elektrik işlədən cihazlar açıqlandı

Elektrik xərclərini azaltmaq istəyənlər adətən çox enerji sərf edən cihazlara diqqət yetirsələr də, bəzi məişət avadanlıqları olduqca az elektrik enerjisi işlədir.

Cia.az xəbər verir ki, işıqdiodlu (LED) lampalardan tutmuş modemlərə qədər bir çox cihaz gün ərzində fasiləsiz işləsə belə, aylıq xidmət haqqına təsiri minimum səviyyədədir. Kondisioner, soba və ya paltarqurudan kimi yüksək enerji tələb edən avadanlıqlarla müqayisədə bu cihazların elektrik xərclərindəki payı olduqca məhduddur.

Enerjiyə qənaət rəmzi sayılan LED lampalar ümumilikdə 4–25 vat arası enerji sərf edir. Ənənəvi közərmə lampalarından qat-qat az elektrik işlədən bu işıqlandırma vasitələri həm də uzunömürlülüyü ilə seçilir.

Günün bütün saatlarında açıq qalan internet modemləri isə geniş yayılmış yanlış təsəvvürlərin əksinə olaraq çox az enerji xərcləyir. Orta statistik ev modemi 5–15 vat elektrik enerjisi işlətdiyindən büdcəyə ciddi yük yaratmır.

Müasir telefon adapterləri adətən 5–10 vat güclə çalışır və qısa müddət istifadə olunduğu üçün aylıq ümumi sərfi aşağı qalır.

Yeni nəsil LED televizorlar ekran ölçüsündən asılı olaraq orta hesabla 50–100 vat arası enerji aparır ki, bu da bir çox məişət texnikası və qızdırıcılarla müqayisədə olduqca aşağı göstəricidir.

Ənənəvi tozsoranlardan daha az güclə işləyən robot tozsoranlar isə təxminən 30–60 vat enerji tələb edir və mütəmadi istifadədə belə xərclərə təsiri cüzidir.

Epilyator və bənzəri şəxsi qulluq vasitələri isə cəmi bir neçə vat enerji ilə fəaliyyət göstərir. Məsələn, bəzi epilyator modelləri 2–3 vat güclə işləyir və qısa müddətli istifadə səbəbindən illik enerji sərfi çox aşağı olur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Sabah Sumqayıtda su kəsiləcək

Sumqayıt şəhərinin bəzi ərazilərini içməli su ilə təmin edən magistral kəmərdə aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq sabah, iyunun 8-də bir sıra yaşayış məntəqələrində suyun verilişində müvəqqəti fasilə yaranacaq.

Anormal istilər gəlir — 12:00-dan 16:00-a qədər çölə çıxmayın!

Yay mövsümü hələ tam başlamasa da, meteoroloqlar bu il temperaturun normadan yüksək olacağını və havaların qəfil istiləşəcəyini proqnozlaşdırırlar. Bildirilir ki, anomal isti hava şəraiti günvurma və istivurma hallarının sayını artıra bilər. Bu isə xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün ciddi təhlükə yaradır.

İkinci və üçüncü uşağa görə verilən ödənişlər artırıla bilər — AÇIQLAMA

Avropa ölkələrinin bir çoxunda doğum səviyyəsinin azalması və əhalinin qocalması fonunda ailələrə maliyyə dəstəyi, vergi güzəştləri, əlçatan mənzil proqramları və işləyən valideynlər üçün sosial təminatlar genişləndirilib. Azərbaycanda da demoqrafik göstəricilərdə müşahidə olunan dəyişiklikləri nəzərə alsaq, beynəlxalq təcrübədə özünü doğrultmuş hansı preventiv tədbirlər yerli şəraitə uyğun şəkildə tətbiq oluna bilər?