banner
banner

Gündəm

Əlaçı məzunlara hərbi xidmətdə güzəştlər verilə bilər

Əlaçı məzunlara hərbi xidmətdə güzəştlər verilə bilər

Azərbaycanda hərbi xidmət hər bir kişi vətəndaşın konstitusion borcu hesab olunur. Son illər təhsildə yüksək nəticələr göstərən gənclərin bu sahədə müəyyən güzəştlərlə təmin edilməsi məsələsi müzakirə mövzusudur. Mütəxəssislər hesab edirlər ki, ölkənin intellektual potensialını formalaşdıran, elm və təhsildə uğur qazanan gənclərin bilik və bacarıqlarından daha səmərəli istifadə etmək üçün yeni mexanizmlərin yaradılmasına ehtiyac var.

Bəs məktəbi yüksək nəticələrlə və ya fərqlənmə ilə bitirən məzunlar üçün hərbi xidmət sahəsində xüsusi güzəştlər tətbiq oluna bilərmi?

Cia.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ekspert Üzeyir Cəfərov orta təhsili uğurla başa vuran gənclərə həm hərbi xidmətə çağırış zamanı, həm də cəmiyyətdə xüsusi diqqət göstərilməli olduğunu bildirib.

"Uzun illərdir deyirəm ki, əgər orta təhsili uğurla başa vuran, elmə, mədəniyyətə və yeniliyə meyilli gənclərimiz varsa, onlara maksimum şərait yaratmaq lazımdır. Belə gəncləri həm hərbi xidmətə çağırış zamanı, həm də cəmiyyətdə qorumalıyıq", - deyə
Üzeyir Cəfərov vurğulayıb.

Ekspert bu fikrini yaxın zamanda qarşılaşdığı bir hadisə ilə əsaslandırıb. Onun sözlərinə görə, Azərbaycan Diplomatik Akademiyasının məzunu olmuş, İsraildə magistr təhsili alan və müxtəlif xarici ölkələrdə təcrübə keçən Ceyhun Hüseynov yüksək hazırlıqlı və perspektivli gənclərdən biri idi. Lakin o, Vətən qarşısında hərbi xidmət borcunu yerinə yetirərkən, xidmətinin başa çatmasına cəmi 20 gün qalmış həyatını itirib.

"Biz bu cür savadlı və perspektivli gəncləri qorumalıyıq. Onların bilik və bacarıqlarından dövlətin inkişafı naminə istifadə edilməlidir.

Hər kəs fərqlənmə diplomu almaq imkanına malik olmur. Buna baxmayaraq, yüksək nəticələr göstərən məzunlar üçün hərbi xidmətlə bağlı müəyyən güzəştlər və imtiyazlar hazırlanmalıdır.

Bu istiqamətdə hələ də müəyyən boşluqlar var. Hesab edirəm ki, fərqlənmə ilə və ya yüksək nəticələrlə təhsilini başa vuran məzunlar üçün xüsusi güzəştlər nəzərdə tutulmalıdır. Bununla bağlı Milli Məclisin müvafiq komitələrinə və Elm və Təhsil Nazirliyinə müraciət edirəm. Məzunlar üçün konkret güzəşt və imtiyaz mexanizmləri hazırlanmalı və tətbiq olunmalıdır", - deyə o, bildirib.

Hərbi ekspert əlavə edib ki, Azərbaycanda alternativ xidmət haqqında qanunun qəbulu da gündəmə gətirilməli və bu istiqamətdə müvafiq addımlar atılmalıdır. Onun sözlərinə görə, belə mexanizmlər həm gənclərin potensialının qorunmasına, həm də ölkənin intellektual resurslarının inkişafına töhfə verə bilər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Prezident FƏRMAN İMZALADI

“Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 19 dekabr 2018-ci il tarixli fərmanında dəyişiklik edilib.

Piyada günahkardırsa, sürücü niyə cəzalanır? — AÇIQLAMA

Piyada təhlükəsizliyi yol hərəkətinin ən həssas istiqamətlərindən biri hesab olunur. Bir çox hallarda yol-nəqliyyat hadisələri təkcə sürücülərin deyil, piyadaların da yol hərəkəti qaydalarına əməl etməməsi nəticəsində baş verir. Piyada keçidlərindən istifadə edilməməsi, yaxud qadağan olunmuş yerlərdən yolun keçilməsi ciddi risklər yaradır. Beynəlxalq təcrübədə isə bu kimi hallarda məsuliyyətin bölüşdürülməsi və kompensasiya mexanizmləri fərqli qaydalarla tənzimlənir.

Xamenei 2 min məhbusu əfv etdi

İranın Ali rəhbəri Müctəba Xamenei müxtəlif cinayətlər törətməkdə təqsirli bilinərək məhkum edilmiş 2 min vətəndaşın əfv olunması barədə fərman imzalayıb.

Həcc missiyası yekunlaşır: QMİ-dən son vəziyyətlə bağlı AÇIQLAMA

“Hazırda zəvvarların bir hissəsi artıq Mədinəyə gəlib. Zəvvarlar Mədinədə üç gün qalmalıdırlar. Bu müddətdə onlar Peyğəmbərin (s.ə.s.) məscidini və müqəddəs məkanları ziyarət edəcək, həmçinin şəhər üzrə ekskursiyada iştirak edəcəklər. Sonrakı gün zəvvarlar üçün sərbəst vaxt nəzərdə tutulub”.

DÇ-2026-nın ilk oyunu təxirə salına bilər

DÇ-2026-da Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmaları arasında keçiriləcək açılış oyunu fəlakətli təbiət hadisəsi səbəbindən təxirə düşmək təhlükəsi ilə üz-üzə qalıb.

Eldar Rəsulova vəzifə verildi

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Media Əlaqələri üzrə Meneceri Eldar Rəsulov yeni vəzifəyə təyin olunub.cia.azxəbər verir ki, Eldar Rəsulov ölkənin dağ-mədən sənayesində fəaliyyət göstərən “AzerGold” QSC-də İctimaiyyətlə Əlaqələr, Marketinq və Korporativ Sosial Məsuliyyət şöbəsinin şöbə müdirinin müavini vəzifəsinə yeni təyinat alıb.