Bələdiyyə sədrinin qardaşı lotoreyada BÖYÜK MƏBLƏĞDƏ PUL UDDU
ABŞ-ın Arkanzas ştatında yerləşən North Little Rock şəhərinin meri Terri Hartvikin qardaşı ölkə tarixinin ən böyük lotereya uduşlarından birinin sahibi olub. 2025-ci ilin dekabrında keçirilən Powerball tirajında qalib gələn şəxsin Treysi L. Hartvik olduğu rəsmi şəkildə açıqlanıb.
Cia.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, 24 dekabr 2025-ci il tarixində – Milad ərəfəsində keçirilən tirajda ümumi məbləği 1,817 milyard dollar olan cekpotu qazanan bilet yalnız bir nəfərə məxsus olub. ABŞ qanunvericiliyinə əsasən, 500 min dollardan çox məbləğ qazanan şəxslərin məlumatları müəyyən müddətdən sonra ictimaiyyətə açıqlanır. Qalib seçilmiş dövlət rəsmisinin yaxın qohumu olduğu üçün məlumatın açıqlanması altı ay təxirə salınıb.
Qalib biletin Arkanzas ştatının Kabot şəhərində yerləşən yanacaqdoldurma məntəqəsindən alındığı bildirilib. Bu uduş ştat tarixində ən böyük Powerball mükafatlarından biri hesab olunur.
Treysi Hartvik mükafatı uzun illər ərzində hissə-hissə almaq əvəzinə birdəfəlik nağd ödəniş variantını seçib. Nəticədə ona vergi və digər tutulmalar tətbiq edilməzdən əvvəl 834 milyon 942 min 287 ABŞ dolları məbləğində ödəniş edilib.
Bildirilir ki, bu məbləğin 94 faizi birbaşa Treysi Hartvikə çatıb. Mükafatın qalan 6 faizi isə hələlik adları açıqlanmayan daha iki nəfər arasında bərabər bölünüb.
Qeyd edək ki, 1,817 milyard dollarlıq Powerball cekpotu ABŞ tarixində ikinci ən böyük lotereya uduşu hesab edilir. Rekord isə 2022-ci ildə Kaliforniya ştatında qazanılmış 2,04 milyard dollarlıq Powerball mükafatına məxsusdur.
22 iyul millətin intibaha açılan qapısı, milli oyanışının başlanğıcıdır. Məhz bu tarixdə xalq sözünə sahib çıxaraq kimliyini, ana dilini və mənəvi dəyərlərini qorumaq yolunda mühüm addım atdı. 1875-ci ilin 22 iyulunda Azərbaycanda söz rəsmiyyət, tribuna və milli oyanışın ifadəsi oldu. Bütün çətinliklərə və basqılara baxmayaraq böyük maarifpərvər ziyalı Həsən bəy Zərdabi tarixi ilkə imza ataraq “Əkinçi” qəzetini nəşr etdirdi və bununla da Azərbaycan milli mətbuatının təməlini qoydu. Patriarxal mühitin qatı qaranlığında cəhalətə və mövhumata qarşı ideoloji savaş açan Həsən bəy Zərdabi zülməti maarif nuru ilə yararaq xalqın milli özünüdərkinə, azad fikrin formalaşmasına və mütərəqqi ideyaların kök salmasına yol açdı.
Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 16-18 iyul tarixlərində keçirilən Vaqif Poeziya Günlərinin Şuşada rəsmi açılış mərasimi olub.
Əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Nazirlər Kabinetinin qərarı ilə əhalinin siyahıyaalınmasına yardım üzrə Mərkəzi Komissiya yaradılacaq.
Birləşmiş Millətlər Təşkilatının "Əhalinin və mənzil fondunun 2030-cu il siyahıyaalınmasının Ümumdünya Proqramı"na dair Qətnaməsinə əsasən üzv dövlətlər 10 ildə bir dəfədən az olmayaraq əhalinin siyahıyaalınmasını keçirməlidirlər.
Çoxmənzilli binalardan mənzil alan şəxslərlə bina tikən şirkətlər arasında ən çox rast gəlinən mübahisələrdən biri mənzilin sahəsi ilə bağlıdır. Əksər hallarda alıcı daşınmaz əmlakın dövlət reyestrindən aldığı çıxarışda qeyd olunan sahənin müqavilədə göstərilən sahədən az olduğunu gördükdə şirkətin müqaviləni pozduğunu hesab edir.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində fəaliyyət göstərən daha bir tanınmış şəxs vəzifəsindən ayrılıb.
İyulun 14-də Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar.