Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 20-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində yerləşən transformator məntəqəsində təmir işləri aparılacaq.
Cia.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Lev Tolstoy, Nazim Hikmət, Rahib Tağıyev, Süleyman Tağızadə, Ümid Əkbərov, Vasif Əliyev və Zərgərpalan küçələrində, həmçinin Azərbaycan prospektinin bir hissəsində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Qeyd olunub ki, görüləcək işlər elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına və artan yük tələbatının qarşılanmasına xidmət edir.
Oktyabrın 21-də saat 08:00-dan etibarən Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində - Yeni Həyat küçəsinin Şirvan küçəsi ilə kəsişməsindən 10-cu Müşfiqabad küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri aparılacaq.
Oktyabrın 20-si azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat gediş-gəlişini təmin etmək məqsədilə “Sabah” futbol klubunun təşəbbüsü və AYNA-nın dəstəyilə ödənişsiz avtobuslar təşkil olunacaq.
“Əmək pensiyaları haqqında” Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabrın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar.