banner
banner

Sİyasət

Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?

Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?

Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın, innovativ texnologiyaların, eləcə də yüksək elmtutumlu sahələrin sürətli inkişafını təmin etmək məqsədilə həyata keçirilən strateji islahatlar yeni mərhələyə qədəm qoyub.

Ölkə başçısının imzaladığı mühüm qanunvericilik aktları və dövlət səviyyəsində atılan addımlar yerli və xarici investorlar, eləcə də İT sektorunda fəaliyyət göstərən mütəxəssislər üçün görünməmiş stimullar yaradır. Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə edilən əsaslı dəyişikliklər nəticəsində texnologiyalar parkının rezidentlərində çalışan fiziki şəxslər üçün tam 20 illik misli görünməmiş vergi güzəşti müəyyənləşdirilib. Qəbul edilən bu qərar ölkədə intellektual potensialın qorunub saxlanılması, kadr axınının qarşısının alınması və yerli İT mütəxəssislərinin sosial rifahının yüksəldilməsi baxımından müstəsna əhəmiyyət daşıyır.

Məcəlləyə edilən yeni dəyişikliklərə əsasən, texnologiyalar parkının rezidentlərində, o cümlədən texnologiyalar parkından kənar fəaliyyət göstərən rezidentlərində bu fəaliyyətin məqsədləri üçün çalışan fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi 2027-ci il yanvarın 1-dən etibarən 20 il müddətində 0 faiz dərəcəsi ilə tutulacaq.

Bu o deməkdir ki, texnologiyalar parklarının ekosistemində təmsil olunan şirkətlərdə çalışan mühəndislər, proqramçılar, İT mütəxəssisləri və digər əməkdaşlar uzunmüddətli perspektivdə gəlir vergisindən tamamilə azad olunacaqlar. Sözügedən addım ölkədə rəqəmsal transformasiya proseslərini sürətləndirməklə yanaşı, Azərbaycanın regional miqyasda mühüm texnoloji haba çevrilməsinə zəmin yaradır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əli Cabbarov qeyd edib ki, Vergi Məcəlləsinə edilən bu dəyişiklik ölkəmizdə qeyri-neft sektorunun, xüsusilə də informasiya texnologiyaları və innovasiya sahəsinin inkişafında keyfiyyətcə yeni dövrün başlanğıcını qoyur: "Ölkəmizdə uzun müddətdir ki, iqtisadiyyatın şaxələndirilməsi və neft-qaz sektorundan asılılığın azaldılması istiqamətində məqsədyönlü siyasət həyata keçirilir. Texnologiyalar parklarının rezidentləri üçün tətbiq edilən 20 illik sıfır faizlik gəlir vergisi güzəşti sadəcə vergi yükünün azaldılması deyil, həm də bütövlükdə milli iqtisadiyyatın rəqabət qabiliyyətinin kökündən artırılmasına hesablanmış strateji qərardır. Bu qərar sayəsində yerli şirkətlər öz işçilərinə daha yüksək əməkhaqqı təklif etmək imkanı qazanacaq və eyni zamanda xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı mütəxəssislərin Vətənə qayıtması üçün güclü iqtisadi stimul yaranacaq".

Ekspertin sözlərinə görə, bu cür uzunmüddətli və miqyaslı güzəştlərin tətbiqi investorların ölkə iqtisadiyyatına inamını daha da gücləndirəcək və transmilli texnologiya şirkətlərinin Azərbaycana marağını artıracaq: "Dünya təcrübəsinə nəzər salsaq görərik ki, İT və yüksək texnologiyalar sahəsi kapitalın deyil, məhz intellektin və insan kapitalının üzərində qurulur. Əgər dövlət bu sahədə çalışan peşəkar kadrların qorunmasına və stimullaşdırılmasına uzunmüddətli dəstək verirsə, bu, qısa zamanda iqtisadiyyatın digər sahələrinə də müsbət təsirini göstərəcək. 20 il kifayət qədər uzun bir dövrdür və bu müddət ərzində həm startaplar, həm də iri texnoloji şirkətlər dayanıqlı inkişaf modeli qurmağa, qlobal bazarlara çıxmağa nail ola biləcəklər. Vergi Məcəlləsində nəzərdə tutulan bu dəyişiklik həm də kölgə iqtisadiyyatının daralmasına, əmək bazarının ağartılmasına və şəffaflığın təmin olunmasına xidmət edir. Çünki sıfır faizlik vergi dərəcəsi işəgötürənlərə və işçilərə rəsmi müqavilə ilə çalışmaq üçün əlverişli şərait yaradır, bu da ümumi maliyyə intizamının möhkəmlənməsinə birbaşa təsir göstərir".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Prezidentdən şəhid ailələri və müharibə əlilləri ilə bağlı Sərəncam

Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil və ya fərdi evlərlə, eləcə də onların reabilitasiya vasitələri və reabilitasiya xidməti ilə təmin edilməsi 2022-2029-cu illərdə formalaşmış dövlət icbari şəxsi sığorta vəsaiti hesabına həyata keçiriləcək.

Prezident onları təltif etdi – SİYAHI

Prezident İlham Əliyev Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli Məclisdən SƏRT BƏYANAT: “İstənilən həmlə cavabsız qalmayacaq”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında dövlətimizin orta güc olaraq meydana çıxması, qətiyyətli xarici siyasəti, beynəlxalq nüfuzunun ildən-ilə artması, beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfə, regional tranzit dəhlizlərindəki strateji əhəmiyyəti və ölkədaxili siyasi-iqtisadi sabitlik xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyasını xeyli artırıb.