banner
banner

Sİyasət

Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI

Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI

“Azərbaycanın mövqeyi çox açıqdır və sadədir - Azərbaycan dövləti öz suverenliyini bərpa edib. Sülh sazişinin mətni açıq sənəddir, həm Azərbaycan, həm də Ermənistan ictimaiyyətinin bunu görmək imkanı var”.

Cia.az xəbər verir ki, bu fikirləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə birgə mətbuat konfransında bildirib.

“Bizim mövqeyimiz ondan ibarətdir ki, niyyətimiz xoşdur. Son bir il ərzində Ermənistan tərəfindən görülən bir çox birtərəfli addım atılıb. Sülh prosesinin gətirdiyi real nəticələri və reallıqları hər kəsin görmək imkanı var. Bizim yanaşmamız ondan ibarətdir ki, Ermənistan cəmiyyəti də bunu qəbul etməli və anlamalıdır ki, bu, Ermənistan cəmiyyəti üçün ən azı Azərbaycan cəmiyyəti üçün olduğu qədər önəmlidir. Nəticədə proses hər iki tərəfin maraqlarına xidmət edir. Müzakirələri izləyirik. Azərbaycan tərəfi prosesə son nöqtəni qoymağa hazırdır, ancaq nəticə gözləniləcək”, - nazir qeyd edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Prezident Şeyxa Əl Nuveysi qəbul etdiFOTO

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib. Cia.azxəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev FƏRMAN İMZALADI

2026-cı il sentyabrın 10-da Astana şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.