banner
banner

Sosİal

Bu ərazilərdə işıq olmayacaq

Bu ərazilərdə işıq olmayacaq

Noyabrın 3-də Yasamal, Səbail, Binəqədi və Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidməti ərazilərində təmir və yenidənqurma işləri aparılacaq.

Cia.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, Yasamalda Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Akim Abbasov, Bəsti Bağırova, Cəfər Cabbarlı, Zahid Xəlilov, Zivər bəy Əhmədbəyov küçələri və Mətbuat prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Səbail rayonunda TM-də təmir işləri icra olunarkən Badamdar qəsəbəsi 2-ci yaşayış massivində və Mikayıl Müşfiq küçəsində saat 10:00-dan 14:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.

Binəqədidə 35/6 kV-luq 93 saylı yarımstansiyadan qidalanan 6 kV-luq “Aşağı Sulutəpə” və “Xocəsən” hava xətlərində təmir işləri həyata keçiriləcək. Beləliklə, planlı fasilə saat 10:00-dan 13:00-dək Sulutəpə və Xocəsən qəsəbələrinin bəzi ərazilərini əhatə edəcək. Həmçinin 110/35/6 kV-luq “ETK-4” yarımstansiyasından çıxan 6 kV-luq “Masazır-1” və “Masazır-2” hava xətləri üzrə naqillər yenilənəcək. Yenidənqurma işləri zamanı 10 May küçəsində və Xırdalan-Binəqədi yolunun aşağı hissəsində saat 10:00-dan 17:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq.

Xəzər rayonunda 35/6 kV-luq 491 saylı yarımstansiyadan çıxan 6 kV-luq hava xətti üzrə naqillərin yenilənməsi işləri ilə əlaqədar saat 10:00-dan 16:00-dək Buzovna qəsəbəsi Albalılıq yaşayış massivi, Abşeron, Abbasqulu Abdullayev, Baba Salahov, İzmir, Musa Nağıyev, Məmməd Namazov küçələrinin bir sıra yerlərində enerjinin verilişi müvəqqəti dayandırılacaq.

Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu bağçanı bit basıb?

“Noyabrın 2-də Gəncə şəhər 53 saylı körpələr evi-uşaq bağçasında bit aşkarlandığı iddia olunub. Bununla bağlı qeyd olunan təhsil müəssisəsində tibb işçilərinin iştirakı ilə monitorinq keçirilib”.

Bu ərazilərdə işıq olmayacaq

Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqəsində (TM) təmir işi aparılacaq.

Bu ərazilərdə GÜCLÜ YAĞINTI VAR

Oktyabrın 30-u saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.