banner
banner

Gündəm

Milli Məclis Prezident və xanımını təbrik etdi

Milli Məclis Prezident və xanımını təbrik etdi

Milli Məclis hazırda davam edən iclasında 8 Noyabr – Zəfər Gününün növbəti ili ilə əlaqədar Bəyanat qəbul edəcək.

Cia.az-in məlumatına görə, spiker Sahibə Qafarova giriş nitqində torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımıza rəhmət, qazilərimizə şəfa diləyib.

Parlamentin sədri Zəfər Günü ilə əlaqədar parlament adından Prezident İlham Əliyevə və Birinci vitse-prezidentə təbrik məktubu göndərməyi təklif edib. Deputatlar alqışlarla spikerin təşəbbüsünü dəstəkləyiblər.

İclas Zəfər Gününə həsr olunmuş çıxışlarla davam edir.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycanda bu şəxslərə cərimə yazmaq QADAĞANDIR

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Vergi Məcəlləsi və digər normativ-hüquqi aktlarına əsasən, qanun qarşısında bərabərlik prinsipi əsas götürülür. Bu səbəbdən ölkədə heç bir sosial kateqoriyaya, peşə sahibinə və ya vəzifədəki mövqeyinə görə şəxslərə ümumi şəkildə bütün cərimələrdən azad olunma imtiyazı verilməyib. Qaydaları pozan hər bir vətəndaş törətdiyi əmələ görə cavabdehlik daşıyır.

Respublika Elmi Konfransının açılışı keçirilib- Fotolar

Oktyabrın 30-da Naxçıvan Dövlət Universitetinin ev sahibliyi, Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransının (NASCO29) açılış mərasimi keçirilib.