banner
banner

Sİyasət

İlham Əliyev Panama Prezidentini təbrik etdi

İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. Cia.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Panama Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Əminəm ki, Azərbaycan-Panama dostluq münasibətlərini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Panama xalqına daim əmin-amanlıq və rifah arzulayıram".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Prezident Şeyxa Əl Nuveysi qəbul etdiFOTO

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib. Cia.azxəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirdi.

Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI

“Azərbaycanın mövqeyi çox açıqdır və sadədir - Azərbaycan dövləti öz suverenliyini bərpa edib. Sülh sazişinin mətni açıq sənəddir, həm Azərbaycan, həm də Ermənistan ictimaiyyətinin bunu görmək imkanı var”.