banner
banner

İdman

Azərbaycan Kubokunun final oyunu - "Qarabağ" - "Neftçi"

Azərbaycan Kubokunun final oyunu -

Bu gün Azərbaycan Kubokunun final oyunu keçiriləcək. Cia.az saytının məlumatına görə, 2014/15 mövsümünün son qarşılaşması Qəbələdə baş tutacaq.

Bu il XXIII dəfə sahibini tapacaq kubok uğrunda ölkə çempionu olmuş “Qarabağ” və Premyer Liqanı 4-cü sırada bitirmiş “Neftçi” mübarizə aparacaq.

Ən son 6 il əvvəl kubokda final oynamış “Qarabağ” daha bir titul qazanaraq 22 ildən sonra yenidən “Qızıl dubl”u rəsmiləşdirmək istəyir. Ağdamlılar tarixindəki ilk və tək belə uğura 1993-cü ildə nail olmuşdu.

 

8-ci dəfə final oynamağın həyəcanını yaşayacaq "Qarabağ" bu mübarizədən qalib ayrılsa, 4-cü dəfə kuboku qazanmış olacaq. Bununla da “Qarabağ” “Kəpəz”in göstəricisini təkrarlamış olacaq.

 

Finalın digər iştirakçısı “Neftçi” isə 10-cu dəfə çıxdığı həlledici qarşılaşmada 7-ci qələbəsini qazanmaq niyyətindədi. Son iki ilin kubokunu muzeyinə aparan “ağ-qaralar” bu dəfə də ənənəni davam etdirməyə məcburdu. Əks halda, mövsüm titulsuz başa vurulmuş olacaq.

 

Ard-arda 4 dəfə finalda oynamaqla ilkə imza atan “flaqman” ardıcıl 3-cü dəfə qələbə sevinci yaşayaraq bu sahədə də rekorda sahib olmaq istəyir.

Komandalar ölkə kubokunun finalında ən son 19 il əvvəl, 1996-cı ildə qarşılaşmışdılar. Həmin görüşdən 0:3 hesablı məğlubiyyətlə ayrılan “Qarabağ” bu dəfə meydana həm də qisas əzmi ilə çıxacaq.

 

Həlledici matçdan öncə heyətlərə baxsaq, “Neftçi”dən Flavinyonun yoxluğunu ciddi itki hesab etmək olar. Ancaq Araz Abdullayevin zədəsini sağaldaraq sıraya dönməsi “ağ-qaralar”ın üzünü güldürən məqamlardandı.

“Qarabağ” cəbhəsində isə Çumbinyo və Namiq Ələsgərovun mövsümü çoxdan qapadıqlarını nəzərə alsaq, heyətlə bağlı ciddi bir problemi yoxdu.

Bu dəfəki final oyunu məkan baxımından da bir ilklə yadda qalacaq. Qarşılaşma kubokun tarixində birinci dəfə Qəbələdə keçiriləcək. Daha öncə isə final matçları ancaq Bakıda və Sumqayıtda baş tutub.

Azərbaycan Kuboku

Final

3 iyun

 

20:00 “Qarabağ” – “Neftçi”

Qəbələ şəhər stadionu

 Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.