banner
banner

İdman

"Qarabağ"ın ulduzu Türkiyə klubunda

"Qarabağ"ın ulduzu Türkiyə klubunda

"Qarabağ"la müqaviləsi bitən makedoniyalı futbolçu Muharrem Muharrem yeni klubuna imza atıb.
Türk əsilli makedoniyalı oyunçu Muharem Muharem bu gün atdığı imza ilə 3 illiyinə "Eskişehirspor"a transfer olub. 
Rəsmi imzalanma mərasimindən sonra duyğularını dilə gətirən Muharem isə "Eskişehirspor"da uğurlar qazanmaq istədiyini bildirib: "Dövrə arasından bəri "Eskişehirspor"un bütün matçlarını seyr edirdim. Buraya gəldiyim üçün xoşbəxtəm", - deyə futbolçu vurğulayıb. 

Qeyd edək ki, 1988-ci il təvəllüdlü oyunçu futbola "Rabotniçki Skopye" komandasında başlayıb. Muharem hücuma meyilli yarımmüdafiəçi qismində çıxış edir. Karierası ərzində "Teteks", "Orduspor", "Rabotniçki" və Azərbaycanın "Qarabağ" klublarında oynayan Muharem ən böyük uğuru ötən mövsüm qazanıb. 

"Qarabağ" heyətində çıxış etmiş futbolçu komandası ilə ölkə çempionluğu yaşayıb. Azərbaycan premier liqasında 30 matça çıxan futbolçu 8 qol vurub. "Qarabağ"ın bütün Avropa Liqası matçlarında meydançaya çıxan futbolçu 8 matçda 2 dəfə fərqlənə bilib. Makedoniya millisinin heyətində çıxdığı 11 matçda isə 4 qol vuran Muharem imzalanma mərasimindən sonra yığmanın düşərgəsinə qatılacaq.









Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.