Dünən Çempionlar Liqasının finalında "Yuventus"la oyun (3:1) "Barselona"nın yarımmüfafiəçisi Xavi Hernandez üçün əlamətdar olub.
Cia.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Xavi "Barselona"nın heyətində son matçını keçirib.
Dünənki qələbədən sonra Xavi 4-cü dəfə Çempionlar Liqasının qalibi adını qazanıb. 35 yaşlı futbolçu "Barselona"da ümumilikdə 25 kuboka sahib çıxıb.
Təcrübəli futbolçu Çempionlar Liqası ilə yanaşı, 8 dəfə La Liqada, 3 dəfə İspaniya kubokunda, 6 dəfə ölkə superkubokunda və 2 dəfə də UEFA superkubokunda çempionluq sevinci yaşayıb.
Qeyd edək ki, "Yuventus"la oyundan sonra "Barselona"dan ayrılan Xavi yeni mövsümdən Qətərin "Əl Sədd" klubunda çıxış edəcək.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.