Bakıda keçirilən birinci Avropa Oyunları çərçivəsində türkiyəli qadın karateçi çempion olub. Serap Özçelik qadınlar arasında 50 kiloqram çəki dərəcəsində kumite texnikası üzrə karate yarışlarında qızıl medal qazanıb.
Özçelik finalda Avstriyadan olan rəqibi Bettina Planka qalib gəlib.
Serap Özçelik jurnalistlərə müsahibəsindıə bildirib ki, Bakıda qələbə qazandığına görə, çox xoşbəxtdir. O, Bakıda özünü doğma evindəki kimi hiss etdiyini deyib. İdmançı göz yaşlarını saxlaya bilməyib. Özçelik deyib ki, bu göz yaşları sevinc gozyaşlarıdır.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.