banner
banner

Sosİal

Adam güdən kişilər

Adam güdən kişilər
Yazar: Azər Qismət

Neçə on illiklərdir ki, ingilislər arasında yayılan rəvayətlərə görə, günlərin birində Şerlok Holms “Beyker Strit”dəki mənzilindən çıxaraq öz sevgilisini güdməyə başlayıb. Sonra yarı yoldan geri qayıdıb və pıçıltı ilə belə deyib: “Detektiv cinayət işlərini açmalıdır, o sevgilini güdmək üçün deyil”.

Dünyanın aparıcı ölkələrində detektiv büroları fəaliyyət göstərir. Onlar da hər hansı fəaliyyətdə olan müəssisə kimi dövlətə vergi verir, üstəlik, aldıqları lisenziya əsasında - rəsmi və özəl qurumlara göndərdikləri sorğular vaxtında cavanlandırılır. O ölkələrin detektiv büroları ilə vətəndaşlar arasında müqavilə imzalanır, hesablarına pul keçirilir və verilən müddət ərzində nəticə yazılı şəkildə təhvil verilir.

Avropanın elə detektiv büroları var ki, bir neçə il əvvəl hətta 100, 120 illik yubileylərini qeyd etdilər. Artur Konan Doylun yaşadığı illərdə də detektivlik şöhrət tapmışdı. Və belə illərin birində o, Şerlok Holms kimi prototip yaratmışdı. Bəzi ölkələrdə isə detektivlər üçün xüsusi mükafatlar da təsis edilib və onların əməkləri belə qiymətləndirilir. Hətta, Rusiyada fəaliyyət göstərən detektivlər televiziya ekranlarında verilişlər hazırlayırlar, həmin proqramlar yüksək populyarlıq qazanıb, reytinq göstəricilərinə görə öndə gedirlər.

Azərbaycanın müstəqillik əldə etdiyi ilk illərdə bir neçə detektiv bürosu fəaliyyət göstəriridi. Sonra müvafiq qanunun tətbiqindən sonra həmin müəssisələr öz fəaliyyətlərini dayandırdılar. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ölkədə detektivlər fəaliyyət göstərə bilməz, bu, insanların şəxsi həyatına müdaxilə kimi qiymətləndirilir.

Amma cəmiyyətdə baş verən bəzi hallara görə detektivlik yenidən gündəmə gəlməyə başlayır. Düzdür, indi də detektivlər var. Onlar qeyri-leqal fəaliyyət göstərirlər. Məsələn, elan qəzetlərində ara-sıra “Dedektiv xidməti” təklif edilir” sözlərinə rast gəlmək olur. Həmin dedektivlər ələ keçməmək üçün mobil nömrələrini tez-tez dəyişirlər. Yaxud, bəzi hüquq məsləhətxanalarında da bu işi yerinə yetirənlər var. Onlar öz xidmətlərini təklif edir, bəzən vətəndaşları aldadırlar. Bu işə taksi sürücüləri də yarayır. Gündəlik, qazanclarını əvvəlcədən verirsən, onlar da kimi istəsən sənin üçün güdür.

Ümumiyyətlə, detektivlik təkcə öz həyat yoldaşının, sevgilinin güdülməsi üçün deyil. Detektivlik bütün parametrlərə görə köməyə çata bilər.

Götürək övladlarımızın taleyini. Hər bir valideyn övladının indisi və gələcəyi üçün narahatdır. Oğul, yaxud qız gecə saatlarında evə gəlir. Ata-ananın sorğu-sualı ilə qanqaraçılıq düşür. Valideynlər guman edirlər ki, “övladları pis uşaqlara qoşulub, narkotikaya qurşanıb, alfonsluqla məşğuldur, radikal dini cərəyanların tapşırıqlarını yerinə yetirir, yaxud, xaricə casusluq edir. Müxtəlif mülahizələr irəli sürülə bilər. Bütün bunlardan şübhələnən və narahat olan ata işini-gücünü buraxaraq, hətta, işdən bir neçə həftəlik icazə alaraq övladını güdməyə başlayır. Əksər hallarda bu güdülmə uğursuzluqla nəticələnir. Çünki, onun təcrübəsi yoxdur, özünü tez “yandırır”. Amma detektiv xidməti olsaydı, ata ora yaxınlaşaraq hesablarına pul köçürər, rahatlıqla işinə-gücünə gedər və nəticəni gözləyərdi. Bu xidmətin yoxluğu ucbatından valideynlərin övladlarına nəzarəti çətinləşir, bəzən heç mümkün də olmur.

Bundan başqa detektivlik polis orqanlarının işinə də yaraya bilər. Məsələn, hər hansı müstəntiq cinayətin açılmasında “maraqlı” olmazsa, yaxud, bu işi açmaqda çətinlik çəkərsə, zərərçəkən detektivə müraciət edə bilər. Detektiv polisin getmədiyi yolla deyil, özünəməxsus şəkildə digər yolla - izin arxasınca gedər. Nəticədə, cinayət işinin açılması ilə istər zərərçəkən, istərsə də rəsmi polis orqanı sonda müvəffəqiyyət əldə edər. Belə bir büro olmadığı üçün vətəndaşlar qeyri-leqal fəaliyyət göstərən, əksər hallarda fırıldaqçı işsizlərlə “işləməyə” məcbur qalırlar. Onlar pulları alıb ciblərinə qoyur, işin dalınca düşmür, sonda ağla gəlməyən nəticəni elan edirlər, əksər hallarda qarşıdurma yaranır.

Beləliklə, adıçəkilən xidmətin rəsmən fəaliyyətə başlaması pis olmazdı. Ən azından ona görə ki, cəmiyyətdə sərbəst ab-hava var. Belə havada isə çox vaxt milli-mənəvi dəyərlər uçub gedir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Anormal istilər gəlir — 12:00-dan 16:00-a qədər çölə çıxmayın!

Yay mövsümü hələ tam başlamasa da, meteoroloqlar bu il temperaturun normadan yüksək olacağını və havaların qəfil istiləşəcəyini proqnozlaşdırırlar. Bildirilir ki, anomal isti hava şəraiti günvurma və istivurma hallarının sayını artıra bilər. Bu isə xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün ciddi təhlükə yaradır.

İkinci və üçüncü uşağa görə verilən ödənişlər artırıla bilər — AÇIQLAMA

Avropa ölkələrinin bir çoxunda doğum səviyyəsinin azalması və əhalinin qocalması fonunda ailələrə maliyyə dəstəyi, vergi güzəştləri, əlçatan mənzil proqramları və işləyən valideynlər üçün sosial təminatlar genişləndirilib. Azərbaycanda da demoqrafik göstəricilərdə müşahidə olunan dəyişiklikləri nəzərə alsaq, beynəlxalq təcrübədə özünü doğrultmuş hansı preventiv tədbirlər yerli şəraitə uyğun şəkildə tətbiq oluna bilər?

Pensiyaya çıxan vətəndaşlara VACİB AÇIQLAMA

Bir çox ölkələrdə vətəndaşlar pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini dayandırmağa üstünlük versələr də, Azərbaycanda fərqli mənzərə müşahidə olunur. Hətta pensiya yaşının mərhələli şəkildə artırılmasına baxmayaraq, çoxsaylı vətəndaşlar işləməyə davam etməyə çalışırlar.