"Bavariya"nın yarımmüdafiəçisi Tomas Müllerin klubdakı gələcək taleyinə aydınlıq gəlib.
Cia.az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, 25 yaşlı futbolçu növbəti mövsümdə də Münhen təmsilçisində qalacaq.
Bu barədə danışan klubun direktoru Matias Sammer Mülleri satmayacaqlarını bildirib: "Hər futbolçuya ehtiyacımız var. Müller də həmin futbolçulardan biridir. Onu heç bir kluba satmayacağıq".
Qeyd edək ki, Müllerin "Mançester Yunayted"ə transfer olunacağı iddia olunur. İngiltərə təmsilçisi onun transferi üçün 50 milyon avrosundan keçməyə hazırdır.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.