banner
banner

İdman

Rövnәq Abdullayev də “Qarabağ”ın qələbəsindən danışdı

Rövnәq Abdullayev də “Qarabağ”ın qələbəsindən danışdı

Xəbər verdiyimiz kimi, bu gün Avropa Liqasının “pley-off” mərhələsində “Qarabağ” İsveçrənin “Yanq Boyz” komandası ilə üz-üzə gəlib. Ağdam klubu rəqibini 3:0 hesabı ilə məğlub edərək Avroliqanın qrup mərhələsinə adlayıb. 

Cia.az xəbər verir ki, AFFA prezidenti Rövnәq Abdullayev də oyunla bağlı fikirlərini bölüşüb:

“Artıq qrup mәrhәlәsinә düşmәk Azәrbaycan komandaları üçün әnәnә halına çevrilib. “Qarabağ” ardıcıl ikinci il bunu etdi. Hәr kәsi tәbrik edirәm. Ümid edirәm ki, onlar qrup mәrhәlәsindә dә uğur qazanacaqlar. İnanıram ki, bu uğurun davamını “Qәbәlә” gәtirәcәk. Onlara da vacib oyunda uğurlar arzu edirәm”.

Abdullayev Tofiq Bәhramov adına Respublika stadionunun qazonundan da danışıb: 

“İdman Nazirliyi ilә danışmışıq. Stadionun qazonu dәyişdirilәcәk”.

AFFA prezidenti millimizin Xorvatiya vә Malta komandalarına qarşı oyunlardan da uğur gözlәdiyini bildirib:

“Milli komandamızdan da uğurlu nәticә gözlәyirәm. Ümid edirәm ki, onlar “Qarabağ” vә “Qәbәlә”yә baxıb yaxşı nәticә qazanacaqlar”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.