banner
banner

Sosİal

Elçin Əlibəyli, alınmadı

Elçin Əlibəyli, alınmadı
Yazar: Raminə Eyvazqızı

Hərdən qınayırlar ki, niyə daha çox Space telekanalının verilişləri tənqid obyektimdə olur. Cavabını verim. Bu telekanalın rəhbəri Vaqif Mustafayev peşəkar kinorejissordur, audiovizual sənət üzrə mütəxəssisdir, gərək burada daha maraqlı verilişlər göstərilsin. İndi rəhbərliyin başı ayrı işlərə qarışıbsa, bu da başqa məsələ. Hərçənd ki, qarışıb. Çünki “Space” tez-tez özünü təkrarlayan verilişləri ilə orijinal ola bilmir. Hind filmlərini gündəmdə saxlayan telekanal ən azı azərbaycanlı incəsənət xadimlərinin, mədəniyyətimizin problemlərini araşdırmalıydı. Mikayıl adlı aparıcı sayəsində ölkənin ən böyük toy “palatka”sı onun ekranında qurulub. Bənzər adda verilişlər telekanaldakı yaradıcılıq qıtlığından xəbər verir. “Qadın sözü”, “Kişilər evdə olmayanda”, “Kişi sözü” .... Elə bil “Space” bu iki cinsin xüsusiyyətlərini millətə çatdırmaq missiyasını boynuna götürüb. Eyni qonaqlar, eyni insanlar kanalın maraq dairəsini də zəiflədir.

Bu yaxında “Space”də “Kişi sözü” adlı verilişə baxdım. Bütün telekanalları gəzən Elçin Əlibəyli yenidən “Space”dədir. Adını çəkdiyim layihə, bəlkə də aparıcının ən sönük təqdimatlarından biridir. Halbuki onun vaxtiylə “El içində”, “Azərbaycan sirləri” kimi verilişlərində cəsarətli, maraqlı, millət mənafeli fikirlərinə şahidlik etmişik. Fikrimcə, Elçin artıq keçmiş uğurlu təqdimatlarının arxasında gizlənir. Ona elə gəlir ki, tamaşaçıya nə versə, o da keçmişdəkilər xatirinə “yeyəcək”.

Bəli, aparıcı nə vaxtsa tamaşaçı etimadını qazanmaq üçün əziyyət çəkir, qabında olanı, olmayanı təqdim etməyə çalışır. Elə ki, etimad qazandı, onun bu nüfuzdan sui-istifadə etməyə haqqı yoxdur. Bu xüsusiyyətləri təəssüf ki, Elçinin “Kişi sözü” layihəsində sezmək olur. Verilişin qonağı tanınmış, hörmətli kişilərdir. Müəllif aparıcı bu kişilərdən nə istəyir? Onları danışdırmaqda məqsədi nədir? Bunu verilişə baxanda, müsahiblər kimi biz də anlayırıq. Elçin qonaqlarının qadınlarına xəyanət edib-etməməsi, qadın-kişi münasibətlərindəki fikirlərini öyrənmək istəyir. Bəzi müsahiblər bu tələyə düşür, bəzisi açıb ağartmır, hərdən guya kişilik edib xəyanətlərini etiraf edirlər. Elçin üçün budurmu, ekran işi, telejurnalistika, müəllif proqramı? Bu verilişin hazırda həbsdə olan psixoloq İlham Mirzəyevin “Etiraf” verilişindən fərqi yoxdur. Burada sadəcə kişilər ağlamırlar, çünki “xəyanət” kəlməsi belə hərdən aparıcı dilində gülüş obyektinə çevrilir. Baxmayaraq ki, Elçin Əlibəyli tez-tez “ailə institutu” məsələsinin vacibliyini vurğulayır. Amma veriliş ciddi formatdan uzaqlaşıb iki kişiarası söhbət məcrasına keçdiyindən məhsəb itir. Elçinin telejurnalistika haqqında belə bir fikri var: “Hər bir aparıcının sosial maskası var. Mən kiməm, nə istəyirəm, niyə ora çıxmışam və qonağımdan nə istəyirəm.” Müəllif dediklərini “Kişi sözü” ilə təkzib edir. Həmin verilişin heç bir sosial –ictimai əhəmiyyəti ola bilməz. Bu yalnızca tanınmış, hörmətli şəxslərin yaşlı-başlı vaxtında rüsvay edilməsidir. Yazar Qan Turalı kimi gəncin “özümü kişi hesab etmirəm” kimi anlaşılmaz etirafına səbəb olmasıdır. Çoxuna bu vaxta qədər maraqlı da olmayıb ki, xalq artisti Mübariz Tağıyev, bəstəkar Elçin İmanov, əməkdar artist, əməkdar incəsənət xadimləri Əjdər Həmidov, Cavanşir Məmmədov və başqaları xanımlarına xəyanət edibmi, ya yox? Bu məsələni qabartmaq, ağızlardan çıxartdırmaq Elçin Əlibəylinin qabiliyyətidirmi, intelektidirmi? Tanınmış sənət adamlarına müəllifin ünvanladığı suallara baxın. “Siz xəyanət etmisinizmi?”, “Bizə də öyrədin necə xəyanəti gizlətmisiz?”, “Tələbənizə vurulmusunuzmu?”, “Xanımınız xəyanəti bilibmi?” , “Xəyanət etmək yaxşı şeymidir?” və.s çox məntiqsiz, həyasız suallardır. Oftalmoloq, şair Paşa Qəlbinura “siz təmizsiz?” sualını verən, tez-tez müsahibin sözünü kəsən Elçini hərdən susdururlar da. Misal üçün, deputat, ictimai xadim, bəstəkar Novruz Aslan qarşısında müəllifin yersiz sual verməsi mümkünsüz idi. Çünki qonağın zəhmi, çıxışı buna imkan verə bilməzdi.

Elçin Əlibəyli, veriliş etmək istəmisiz, amma heç alınmayıb. Hörmətli adamları utandırmaq, onların “kişilik”lərini sizin üslubda sübuta yetirməyə heç ehtiyac yoxdur.

Yeri gəlmişkən, “Kişi sözü”nün çəkilişi də bərbaddır. Tamaşaçının aparıcı və qonağın dişini saymağına, ağız və dilini yaxından görməyinə ehtiyacı yoxdur. Studiyada kameralar az qala onların rentgenini etsin. O qədər yaxından çəkiliş edilir ki, ekrana baxan baş, diş, dil görməkdən yorulur. Bəli, bu üslub BBC kanalı verilişlərində də olur. Amma orada müsahiblərin yalnız gözləri qabarıq göstərilir. Onun da məqsədi var, danışan səmimidirmi, ya yox.

“Kişi sözü” verilişində adamı narahat edən digər məqam fondakı gitara səsidir. Gitaranı dınqıldadan söhbətin ahənginə mane olur, bəzən deyiləni eşitmək də olmur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ərazilərdə işıq olmayacaq

Oktyabrın 23-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan Transformator Məntəqəsində (TM) təmir, 10 kV-luq hava xətləri üzrə isə naqillərin yenilənməsi işləri aparılacaq. Həmçinin Abşeron RETSİ-nin xidməti ərazisində 35/10 kV-luq “Masazır” yarımstansiyasından çıxan 10 kV-luq “Şəhər-2” hava xəttində təmir işləri həyata keçiriləcək.

Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR

Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir.

Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq

Oktyabrın 21-də saat 08:00-dan etibarən Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində - Yeni Həyat küçəsinin Şirvan küçəsi ilə kəsişməsindən 10-cu Müşfiqabad küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri aparılacaq.

Bakıda sabah bu avtobuslar PULSUZ OLACAQ - RƏSMİ

Oktyabrın 20-si azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat gediş-gəlişini təmin etmək məqsədilə “Sabah” futbol klubunun təşəbbüsü və AYNA-nın dəstəyilə ödənişsiz avtobuslar təşkil olunacaq.

DİQQƏT! Bakının bu ərazilərində işıq olmayacaq

Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 20-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində yerləşən transformator məntəqəsində təmir işləri aparılacaq.