Türkiyənin “Qalatasaray” futbol klubunun baş məşqçisi Çezare Prandelli istefaya göndərilib.
APA-nın “Röyters”-ə istinadən verdiyi xəbərə görə, klub rəhbərliyi komandanın italiyalı mütəxəssisin rəhbərliyi altında hazırkı mövsümdə çıxışlarından narazı olub. Çempionlar Liqasında “Qalatasaray” qrupunda sonuncu yerdə qərarlaşıb.
Komandanın "Gaziantepspor"la nəzərdə tutulmuş matça qapıçı üzrə məşqçi Klaudio Taffarelin rəhbərliyi altında çıxacağı bildirilir.
Qeyd edək ki Çezare Prandelli bu ilin iyulundan “Qalatasaray” futbol klubunda baş məşqçi kimi çalışıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.