Dortmund "Borussiya"nın sabiq çalışdırıcısı Yurgen Kloppun "Liverpul"a baş məşqçi təyin olunması rəsmiləşib.
Almaniyalı mütəxəssis Liverpul təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.
O, yeni vəzifəsində bir müddət öncə istefaya göndərilmiş Brendan Rocersi əvəzləyib. Kloppun yeni komandasındakı illik gəliri də açıqlanıb. 48 yaşlı mütəxəssis "Liverpul"da ilinə 7 milyon funt-sterlinq qazanacaq.
Qeyd edək ki, Klopp 2008-2015-ci illərdə "Borussiya" klubunu çalışdırıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.