Ötən gün "Sumqayıt"ın yeni baş məşqçisi təyin edilən Samiq Abasov komanda üzvlərinə təqdim olunub.
Məşqdən öncə baş tutan görüşdə "Sumqayıt"ın prezidenti Kamran Quliyev, baş menecer Ceyhun Sultanov, Müşahidə Şurasının sədri Abdulla Məmmədov və şuranın üzvü, veteran futbolçu Telman Salahov da iştirak edib.
Klub rəhbərliyi tərəfindən Samir Abasova uğurlar arzulanıb, ardınca komanda məşqə çıxıb.
Qeyd edək ki, Abasov yeni vəzifəsində istefa verən Aqil Məmmədovu əvəzləyib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.