Qətərin paytaxtı Dohada təşkil olunan boks üzrə dünya çempionatı davam edir. Azərbaycan yığmasının iki üzvü bu gün qızıl medal uğrunda döyüşüb. 52 kq çəkidə mübarizə aparan Elvin Məmişzadə həlledici görüşdə Kuba təmsilçisi Yosbani Veytia ilə qarşılaşıb. Rəqibinə 3:0 hesablı qalib gələn boksçumuz dünya çempionu adını qazanıb. Digər təmsilçimiz 60 kq çəki dərəcəsində çıxış edən Albert Səlimov isə Lazaro Alvaresə uduzaraq gümüş medal qazanıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.