banner
banner

İdman

Bakıda “Formula-1”in keçiriləcəyi tarix məlum oldu

Bakıda “Formula-1”in keçiriləcəyi tarix məlum oldu

“Gələn il Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-Prisinin keçiriləcəyi dəqiq tarix məlum olub. Yarışma gələn ilin iyun ayının 19-da baş tutacaq”.

Bunu jurnalistlərlə görüşündə Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-Pri yarışlarını təşkil edəcək “Baku Grand Prix” şirkətinin marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai deyib.

Onun sözlərinə görə, bu yarışma futbol üzrə dünya çempionatı və olimpiya oyunlarından sonra üçüncü ən ciddi idman tədbiridir: ““Formula-1” Avropa Qran-Pri yarışları dünyanın 187 ölkəsində yayımlanır, 500 milyondan artıq aidutoriyası var”.

Paytaxtın mərkəzi küçələrində baş tutacaq yarışmanın ölkəmizin qarşısında böyük imkanlar açacağını deyən N.Arpadarai bildirib ki, bu tədbir ölkəmizə turist axınını gücləndirəcək:
 
“Bakı şəhərinin yolları “Trasslar qrupu”na aid olduğu üçün bu tədbir şəhərin mərkəzi küçələrində təşkil ediləcək. “Formula-1”ə hazırlıq çərçivəsində yollarda təmir işləri aparılacaq, yol örtükləri yenilənəcək. Bu da yeni iş yerlərinin açılmasına səbəb olacaq. “Hökumət evi”nin qarşısında “Formula-1” şəhərciyi tikiləcək. Tamaşaçı tribunaları gecələr qurulacaq ki, əhalinin gediş-gəlişinə mane olmasın. Tikinti işləri gələn il aparılacaq və bu zaman hava şəraiti nəzərə alınacaq. Bu mötəbər idman tədbiri ölkəmizin beynəlxalq miqyasda əldə etdiyi növbəti ciddi uğurlardan biri olacaq”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.