banner
banner

İdman

"Qəbələ"yə mütləq qalib gəlməliyik" – İqor Tudor

"Qəbələ"yə mütləq qalib gəlməliyik" –

"Krasnodar"a uduzduq. Ancaq komandamın oyunu haqda pis nəsə deyə bilmərəm. Çünki futbolçularım özlərini yaxşı tərəfdən göstərdilər. Uğurlu nəticə üçün əlimizdən gələni etdik. Lakin "Krasnodar" bizdən güclü idi".

Bu sözləri PAOK-un baş məşqçisi İqor Tudor Avropa Liqasının qrup mərhələsində "Krasnodar"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Xorvatiyalı mütəxəssis qrup mərhələsinin qarşıdakı iki oyununda mütləq qələbə qazanmalı olduqlarını bildirib: "Qrup mərhələsində cəmi 3 xal toplamışıq. Hərçənd daha artığına layiq idik. "Krasnodar"la oyunda yaxşı çıxış etdik. Məğlubiyyətə layiq deyildik. Ən azı bir xal qazanmalı olduğumuzu düşünürəm. Ancaq qrupdan çıxmaq şansımız hələ də qalır. Bunun üçün "Qəbələ" və "Borussiya" ilə oyunlarda mütləq qələbə qazanmalıyıq".

Qeyd edək ki, PAOK Avropa Liqasında növbəti matçını noyabrın 26-da, evdə "Qəbələ"yə qarşı keçirəcək. 

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.